Fresh üzrə kateqoriya müdiri (meyvə-tərəvəz)
13 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Müştəri xidməti
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş şəraiti
- Ünvan - Ziya Bünyadov 1965, Çinar Park BM, Bina 1, Mərtəbə 3
- İş qrafiki - Tam iş günü (5 gün) 08:30 – 17:30
- Əmək haqqı - Müsahibə əsasında
Tələblər
- Ali təhsil — biznes, iqtisadiyyat, logistika, aqrar sahə və ya əlaqəli istiqamət üzrə
- Meyvə-tərəvəz sahəsində satış, təchizat, logistika və ya kommersiya üzrə iş təcrübəsi
- Analitik düşüncə tərzi və satış hesabatlarının hazırlanması bacarığı
- Danışıqlar aparmaq və müştəri bazası ilə işləmək bacarığı
- Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi üstünlükdür
- Ezamiyyətlərə hazırlıqlı olmaq
- Microsoft Excel proqramında sərbəst işləmək bacarığı
Vəzifə öhdəlikləri
- Hazır kənd təsərrüfatı məhsullarının yerli bazarda satışını təşkil etmək və idarə etmək
- Sifarişlərin qəbulunu, planlanmasını və vaxtında çatdırılmasını təmin etmək
- Müştərilərlə əməkdaşlıq qurmaq və inkişaf etdirmək
- Yeni müştəri bazasının araşdırılması və inkişaf etdirilməsini həyata keçirmək
- Təchizatçılarla sıx əməkdaşlıq etmək, məhsul axınını təmin etmək
- Qiymət siyasətini bazar şərtlərinə uyğun formalaşdırmaq və idarə etmək
- Mövsümi məhsul planlamasında iştirak etmək, satış proqnozlarını hazırlamaq
- Logistika və daxili daşınma proseslərini təşkil etmək və optimallaşdırmaq
- Anbar ehtiyatlarının idarə olunmasına nəzarət etmək
- Məhsulların keyfiyyətinə nəzarət etmək, müştəri şikayətlərini operativ həll etmək
- Satış göstəriciləri üzrə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
- Bazar araşdırmaları aparmaq, rəqabət mühitini analiz etmək
- Satış prosesindəki riskləri (gecikmə, məhsul itkisi, qiymət dəyişiklikləri) müəyyən edib idarə etmək
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Fresh üzrə kateqoriya müdiri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Aqrar İnnovasiya və Təchizat Şirkəti
Emal sənayesi
Əsas fəaliyyət istiqaməti olaraq, Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır.…