Bank VTB (Azərbaycan) Front-end developer
İş rejimi Tam ştat Kateqoriya İnformasiya texnologiyaları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- İnternet banking layihələrində Frontend Developer kimi iştirak etmək;
- Vue.js/Nuxt.js əsaslı tətbiqlərin hazırlanması, mövcud komponentlərin dəstəklənməsi, refactor və bug-fix işlərinin icrası;
- REST API-lərlə inteqrasiya və frontend həllərin hazırlanması;
- UI/UX dizaynlarının (Figma) responsive və mobil-uyğun interfeysə çevrilməsi;
- Vuex və ya Pinia vasitəsilə state management və data flow-un idarə edilməsi;
- Kod optimizasiyası, debugging, code review və GitLab Merge Request proseslərində iştirak;
- ESLint/Prettier standartlarına uyğun, oxunaqlı və strukturlaşdırılmış kod yazılması;
- Proqramçılar, biznes analitiklər və digər komanda üzvləri ilə əməkdaşlıq;
- Layihə və texniki sənədlərin hazırlanmasında iştirak.
Tələblər
- Texniki ali təhsil;
- Minimum 3 il Frontend inkişafı üzrə təcrübə (Vue.js 2.x/Nuxt.js 2.x, React.js üstünlükdür);
- JavaScript (ES6+), TypeScript, HTML5, CSS3/SCSS üzrə güclü biliklər;
- Vue komponent arxitekturası, Composition API, Vuex və ya Pinia ilə iş təcrübəsi;
- Nuxt.js strukturu (pages, layouts, middleware, plugins, routing, asyncData/fetch) üzrə biliklər;
- RESTful API, Axios və ya oxşar HTTP client-lərlə iş təcrübəsi;
- Git (branching, merge request, conflict resolution) və GitLab iş axını üzrə təcrübə;
- Webpack, npm, avtomatlaşdırılmış testlər (Jest, Vue Test Utils və s.) üzrə biliklər;
- Figma ilə işləmə bacarığı;
- Jira tipli tapşırıq idarəetmə sistemləri ilə tanışlıq;
- Texniki sənədləri oxumaq üçün kifayət səviyyədə ingilis dili;
- Detallara diqqət, məsuliyyət, analitik düşüncə, müstəqil və komanda ilə işləmək bacarığı.
Əlavə üstünlük verilən bacarıqlar
- React.js ilə iş təcrübəsi;
- Bank/maliyyə sektorunda və ya yüksək təhlükəsizlik tələb olunan layihələrdə təcrübə;
- UnoCSS, Tailwind CSS və ya digər utility-first CSS framework-ləri ilə iş təcrübəsi;
- i18n (çoxdilli tətbiqlərin hazırlanması) üzrə praktiki təcrübə.
BVA 

Bank VTB (Azərbaycan)
Bank VTB (Azərbaycan) 20-dən çox ölkədə nümayəndəliyi olan VTB beynalxalq maliyyə qrupunun hissəsidir. Belə unikal şəbəkə VTB (Azərbaycan) müştərilərinə bu ölkələrdə bank əməliyyatları aparmağa,…