AVİS Tibbi Marketlər Şəbəkəsi Gecə növbəsinə Əczaçı
Vəzifə haqqında
Avis Apteklər Şəbəkəsindən vakansiya: Əczaçı tələb olunur
Vəzifə öhdəlikləri:
– Müştərilərə peşəkar əczaçılıq xidməti göstərilməsi
– Dərman vasitələrinin düzgün təqdim olunması
– Aptek standartlarına uyğun xidmət keyfiyyətinin qorunması
– Məhsul ehtiyatlarının son istifadə tarixinin izlənməsi
– Komanda ilə koordinasiyalı çalışma və aptek daxili qaydalara riayət
Namizədlərə tələblər:
– Təhsil: Ali və ya orta ixtisas əczaçılıq təhsili
– İş təcrübəsi: Yalnız əczaçılıq ixtisasını bitirmiş namizədlərin müraciətləri nəzərə alınacaq
– Yaş həddi: 22–40 arası namizədlər
– Müştərilərlə düzgün ünsiyyət bacarıqları
– Komandada işləmək bacarıqları
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 00:00-dan 08:00-kimi
– İş yeri: 28 May, Azadlıq prospekti 53A
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 800-1100 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Əczaçı” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil

AVİS Tibbi Marketlər Şəbəkəsinin fəaliyyəti pərakəndə əczaçılıq sektorunda birbaşa müştəriyə xitab edir. Daim yüksək keyfiyyətli məhsul və xidmətlərə üstünlük verən şirkətimiz əsasən 4 istiqamətdə…