ASCO Gəmidə aşpaz işi
1 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Kateqoriya Qonaqpərvərlik
Vəzifə haqqında
ASCO gəmilərində aşpaz vəzifəsi üzrə vakansiya mövcuddur.
Əgər peşəkar aşpazsınız və dənizçilik fəaliyyəti üçün tələb olunan bütün sənəd və sertifikatlarınız qüvvədədirsə, müraciətinizi gözləyirik.
Tələb olunan sertifikatlar:
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən “Aşpaz” işləməsini təsdiq edən “İşçi diplomu”;
Aidiyyəti üzrə quru yük və tanker gəmilərində işləmək üçün tələb olunan sertifikatlar;
Dənizçinin qeyd kitabçası; Dənizçinin şəxsiyyət sənədi.
Tələb olunan minimum iş stajı: Aşpaz peşəsi üzrə ən azı 3 il dəniz təcrübəsi
Müraciət üçün https://asco.az/az/pages/6/65/vacancy/12596 linkə daxil ola bilərsiniz.

ASCO