C CarBuyCarBuy

General Manager

20 saat əvvəl yerləşdirilib Mənbə
İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
7 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

CarBuy Hub layihəsinin (Carbuy Avtosalonu) inkişafını idarə edəcək, strateji düşüncəyə malik, nəticəyönümlü və liderlik bacarıqları yüksək olan General Manager axtarırıq.

Bu vəzifənin əsas məqsədi CarBuy Hub platformasının strateji inkişafını təmin etmək, biznes proseslərini effektiv şəkildə idarə etmək, satış və marketinq fəaliyyətlərini koordinasiya etmək, tərəfdaş şəbəkəsini genişləndirmək və layihənin dayanıqlı böyüməsinə rəhbərlik etməkdir.

Vəzifə öhdəlikləri:

  • CarBuy Hub layihəsinin (Carbuy Avtosalonu) ümumi biznes strategiyasının hazırlanması və icrası;
  • Layihənin gündəlik əməliyyat fəaliyyətinin idarə olunması və optimallaşdırılması;
  • Satış, marketinq, məhsul və müştəri xidmətləri komandalarının fəaliyyətinin koordinasiya edilməsi;
  • Biznes inkişafı istiqamətində yeni tərəfdaşlıqların qurulması və mövcud əməkdaşlıqların inkişaf etdirilməsi;
  • Avtomobil bazarının, rəqiblərin və müştəri davranışlarının mütəmadi təhlil edilməsi;
  • Layihənin maliyyə göstəricilərinin, büdcəsinin və KPI-larının idarə olunması;
  • Biznes proseslərinin qurulması və davamlı təkmilləşdirilməsi;
  • Layihənin inkişaf prioritetlərinin müəyyənləşdirilməsi və icrasına nəzarət;
  • Rəhbərlik üçün müntəzəm fəaliyyət və performans hesabatlarının hazırlanması;
  • Şirkəti tərəfdaşlar və digər maraqlı tərəflər qarşısında təmsil etmək.

Namizədə tələblər:

  • Biznesin idarə olunması, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Avtomobil sektorunda minimum 3 il, rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi;
  • Biznesin idarə olunması və strateji planlaşdırma sahəsində praktiki təcrübə;
  • Komanda idarəetməsi və liderlik bacarıqları;
  • Satış və marketinq proseslərini dərindən anlamaq;
  • Büdcənin idarə olunması və maliyyə göstəricilərinin təhlili bacarığı;
  • Analitik düşüncə və qərarvermə bacarığı;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür);
  • MS Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək.

Biz nə təklif edirik?

  • Böyüməkdə olan iki layihənin marketinq strategiyasının formalaşdırılmasında aktiv rol; 
  • Yeni ideyaların həyata keçirilməsi üçün geniş təşəbbüs imkanı; 
  • Peşəkar inkişaf və karyera perspektivi; 
  • Rəqabətqabiliyyətli əməkhaqqı və nəticəyə əsaslanan motivasiya sistemi.

İş şəraiti:

  • Əməkhaqqı: Müsahibə əsasında razılaşma yolu ilə;
  • İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00, 6-cı gün 10:00-15:00
  • İş yeri: Ağ Şəhər, Inomarka ofisi.

Zəhmət olmasa, CV-niziəməkhaqqı gözləntinizi mövzu sətrində “General Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Qeyd: Yalnız tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et