Geodeziya mütəxəssisi
Təcrübə 3–5 il
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
TORSİON MMC infrastruktur və tikinti layihələrində çalışmaq üçün peşəkar Geodeziya Mütəxəssisi axtarır.
CV-nizi mövzu hissəsində "Geodeziya" qeyd etməklə [email protected] elektron poçt ünvanımıza göndərin.
Əmək haqqı : Razılaşma yolu ilə
Öhdəliklər
- Tikinti və infrastruktur layihələri üzrə geodeziya işlərini planlaşdırmaq və icra etmək;
- Geodeziya əsaslandırma şəbəkələrinin qurulmasını və dəqiqliyini təmin etmək;
- Layihələrin koordinat və hündürlük əsaslarının yaradılması;
- Tikinti obyektlərinin layihəyə uyğun yerə köçürülməsini təmin etmək;
- İcra ölçmələri və geodeziya nəzarətini həyata keçirmək;
- GNSS/GPS, Total Station, elektron nivelir və digər geodeziya avadanlıqları ilə işləmək;
- Ölçmə nəticələrinin emalı və texniki hesabatların hazırlanması;
- AutoCAD Civil 3D və digər geodeziya proqramlarında məlumatların işlənməsi;
- Layihə komandası ilə koordinasiyalı işləmək və rəhbərliyə hesabat təqdim etmək;
- Geodeziya işlərinin norma və standartlara uyğun icrasını təmin etmək.
Tələblər
- Geodeziya, Kartoqrafiya və ya müvafiq ixtisas üzrə ali təhsil;
- Minimum 3 il iş təcrübəsi;
- GNSS RTK, Total Station, Nivelir və digər geodeziya cihazlarını peşəkar səviyyədə idarə etmək bacarığı;
- AutoCAD, Civil 3D və MS Office proqramlarını yaxşı bilmək;
- Koordinat sistemləri və geodeziya hesablamaları üzrə bilik;
- Analitik düşünmə, yüksək məsuliyyət və liderlik bacarığı;
- Ezamiyyətlərə hazır olmaq.
T
TORSİON MMC