A AzerGoldAzerGold

Geoloq / Çovdar inteqrəolunmuş regional emal sahəsi

Daşkəsən 4 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 1–3 il Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Geoloji iş planlarına uyğun olaraq sahədə aparılan geoloji tədqiqat, müşahidə və məlumat toplama işlərində iştirak etmək;
  • Süxur nümunələrinin götürülməsi, qeydiyyatı, nömrələnməsi, hazırlanması və laboratoriyaya göndərilməsi prosesinə nəzarət etmək;
  • Geoloji məlumatların toplanması, sistemləşdirilməsi və elektron bazada düzgün şəkildə qeydiyyata alınmasını təmin etmək;
  • Geoloji və hasilat məlumatları əsasında gündəlik filiz keyfiyyəti və ortalama tərkib hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Geoloji xəritələrin və digər texniki qrafik materialların hazırlanmasına dəstək vermək;
  • Qazma, partlayış və hasilat işləri zamanı filiz və boş süxurun sərhədlərinin müəyyən edilməsində iştirak etmək;
  • Sahədə aparılan geoloji müşahidələrin nəticələrini təhlil etmək və aidiyyəti üzrə hesabatlar hazırlamaq;
  • Geoloji sənədlərin, nümunələrin və məlumat bazalarının düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin etmək;
  • Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərmək;
  • Rəhbərlik tərəfindən verilən aidiyyəti tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək.

Xüsusi tələblər

  • Azərbaycan dili – səlis;
  • İngilis dili – arzuolunan;
  • Rus dili – arzuolunan;
  • Geoloji, Mədən planlaması ilə bağlı və MS office proqramlarından istifadə bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:
  • Ali təhsil (Geologiya, Dağ-mədən mühəndisliyi və əlaqəli digər ixtisaslar) ;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.

Müraciət üçün (CV): https://careers.azergold.az/vakansiya/geoloq-covdar-inteqreolunmus-regional-emal-sahesi-mereh-sahesi

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et