QUK
Qarabağ Universitetinin Klinikası
Ginekologiya tibb bacısı
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
Təsvir
Vəzifənin təsviri:
- Hamilə, doğuş edən və doğuşdan sonrakı dövrdə olan qadınların tibb bacılığı baxımını həyata keçirmək.
- Ginekoloji xəstələrin vəziyyətini müşahidə etmək, qulluq prosesini təşkil etmək və həkim təyinatlarının icrasını təmin etmək.
- Pasiyentlərin həyati göstəricilərini izləmək, qiymətləndirmək və nəticələri düzgün şəkildə sənədləşdirmək.
- Pasiyentin vəziyyətində baş verən dəyişiklikləri vaxtında aşkar etmək və bu barədə həkimi məlumatlandırmaq.
- Müalicə və qulluq planının icrasında iştirak etmək.
- Dərman vasitələrinin həkim təyinatına uyğun hazırlanmasını və təhlükəsiz tətbiqini təmin etmək.
- İnfuziya terapiyası, venoz giriş və digər əsas tibb bacısı prosedurlarını yerinə yetirmək.
- Fetal monitorinq — NST/CTG cihazının istifadəsində iştirak etmək və nəticələrin ilkin müşahidəsini aparmaq.
- Doğuş otağında, ginekoloji stasionarda və körpə otağında iş prosesinin düzgün təşkilinə dəstək göstərmək
- Yenidoğulmuşun ilkin qiymətləndirilməsi, gündəlik baxımı, gigiyenası və termal qorunması tədbirlərini həyata keçirmək;
- Ana südü ilə qidalanma, laktasiya dəstəyi və yenidoğulmuş baxımı üzrə ana və ailə üzvlərini maarifləndirmək;
- Doğum otağında ana və yenidoğulmuşun təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək;
- Təcili mama-ginekoloji vəziyyətlərdə və yenidoğulmuşun təxirəsalınmaz hallarında ilkin yardım tədbirlərində iştirak etmək;
- Pasiyent və yenidoğulmuşla bağlı aparılan müdaxilələri, müşahidə nəticələrini və tətbiq edilən dərmanları tibbi sənədlərdə düzgün qeyd etmək;
- Elektron xəstə məlumat sistemlərində müvafiq qeydləri aparmaq;
- Aseptika, antiseptika, sterilizasiya və infeksiya nəzarəti qaydalarına riayət etmək;
- Pasiyent təhlükəsizliyi, dərman təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun fəaliyyət göstərmək;
- Tibbi etika, peşə etikası və konfidensiallıq prinsiplərinə əməl etmək;
- Həkimlər, tibb bacıları, mama heyəti və digər aidiyyəti struktur bölmələri ilə multidissiplinar komanda şəklində əməkdaşlıq etmək;
- Fövqəladə hallarda və əsas həyat dəstəyi tələb edən vəziyyətlərdə müəyyən olunmuş qaydalara uyğun hərəkət etmək.
Tələblər
Namizədə tələblər:
- Tibb bacısı işi, mamalıq işi üzrə orta ixtisas və ya ali tibb təhsili.
- Mama-ginekologiya, doğum şöbəsi, ginekoloji stasionar və ya yenidoğulmuş baxımı sahəsində iş təcrübəsi üstünlükdür.
- Qadın sağlamlığı, hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə pasiyent baxımının əsas prinsipləri üzrə biliklər.
- Ginekoloji xəstələrin və yenidoğulmuşların tibb bacılığı baxımı və müşahidəsi üzrə bilik və praktik bacarıqlar.
- Həyati göstəricilərin monitorinqi, qiymətləndirilməsi və düzgün sənədləşdirilməsi bacarığı.
- Fetal monitorinq — NST/CTG cihazından istifadə və nəticələrin ilkin qiymətləndirilməsi üzrə biliklər.
- Doğuş otağı, ginekoloji stasionar və körpə otağında iş prosesinin təşkili üzrə biliklər.
- Yenidoğulmuşun ilkin qiymətləndirilməsi, gündəlik baxımı və termal qorunması prinsipləri üzrə biliklər.
- Ana südü ilə qidalanma, laktasiya dəstəyi və ailənin maarifləndirilməsi üzrə bilik və kommunikasiya bacarıqları.
- Dərmanların təhlükəsiz hazırlanması və tətbiqi, infuziya terapiyası və venoz giriş prosedurları üzrə praktik bacarıqlar.
- Aseptika, antiseptika, sterilizasiya və infeksiya nəzarəti qaydaları üzrə biliklər.
- Təcili mama-ginekoloji vəziyyətlərdə və yenidoğulmuşun təxirəsalınmaz hallarında ilkin yardım prinsipləri üzrə biliklər.
- Pasiyent təhlükəsizliyi, tibbi sənədləşmə və keyfiyyət standartları üzrə biliklər.
- Elektron xəstə məlumat sistemləri və MS Office proqramlarından istifadə bacarığı.
- Tibbi etika, peşə etikası və konfidensiallıq prinsiplərinə riayət etmə bacarığı.
- Multidissiplinar komanda ilə işləmək, effektiv ünsiyyət və koordinasiya bacarığı.
- Əsas həyat dəstəyi — BLS və ya müvafiq təcili yardım sertifikatlarının olması üstünlükdür.