Google Ads Internship Programı
Vəzifə haqqında
Azərbaycanda bənzəri olmayan Google Ads Internship Programı
700 Azn net maaşla öyrən, proqramı uğurla bitir və Junior Google Ads Specialist kimi ₼1000 net maaş + yüksək performans bonusu ilə karyerana davam et!
Bu proqram çərçivəsində 10 nəfərin seçilərək internship proqramına qəbul edilməsi planlaşdırılır.
Google Ads sahəsində peşəkar mütəxəssis olmaq, dünyanın ən tələb olunan peşələrindən birində karyera qurmaq və bütün bunları öyrənərkən maaş almaq istəyirsən?
O zaman bu proqram məhz sənin üçündür.
Bu proqramı fərqləndirən nədir?
- 700 Azn net maaşlı internship (əksər internship proqramlarından fərqli olaraq ödənişlidir)
- 9 aylıq strukturlaşdırılmış inkişaf proqramı
- Real reklam büdcələri və canlı layihələr üzərində praktiki təcrübə
- Təcrübəli mentorlarla birbaşa çalışma imkanı
- Proqramı uğurla bitirənlər üçün Junior Google Ads Specialist vəzifəsi, ₼1000 net maaş + yüksək performans bonusu
Azərbaycanda Google Ads üzrə peşəkar mütəxəssis yetişdirən şirkətlər çox azdır. Elə buna görə də bazarda bizim axtardığımız standartlarda mütəxəssis tapmaq olduqca çətindir.
Biz hazır mütəxəssis axtarmırıq — onları özümüz yetişdiririk.
Niyə Internship Proqramı?
- Biz inanırıq ki, ən güclü komandalar hazır şəkildə tapılmır, yetişdirilir.
- Bu proqramın məqsədi sadəcə təcrübə keçmək deyil. Məqsədimiz sıfırdan güclü nəzəri baza formalaşdırmaq, real layihələr üzərində praktiki bilik qazandırmaq və proqramı uğurla bitirən əməkdaşlarımızı uzunmüddətli karyeralarını bizim komandada qurmağa hazırlamaqdır.
- Ötən illərdə də bu proqramı uğurla həyata keçirmişik və iştirakçılarımızın yarıdan çoxu proqramı uğurla bitirərək bu gün də komandamızın üzvü kimi fəaliyyətini davam etdirir.
- Şirkətimizin sürətlə böyüməsi ilə əlaqədar bu il proqramı daha geniş miqyasda yenidən başladırıq və komandamıza gələcəyin Google Ads mütəxəssislərini yetişdirmək istəyirik.
Internship necə keçiriləcək?
- Müddət: 9 ay
- İnternship əməkhaqqı: ₼700 (net)
- Proqram iki mərhələdən ibarətdir.
I Mərhələ — İlk 3 ay
Bu müddət sınaq dövrü olmaqla yanaşı, Google Ads və rəqəmsal marketinq üzrə güclü nəzəri baza qurmaq üçün nəzərdə tutulub.
Bu mərhələdə sən:
- Google Ads sistemini A-dan Z-yə öyrənəcəksən;
- Keyword Research və bazar analizləri aparacaqsan;
- Reklam mətnləri hazırlayacaqsan;
- Landing Page optimizasiyasını öyrənəcəksən;
- Reklam kampaniyaları quracaq və optimizasiya etməyi öyrənəcəksən;
- Data analitikası, performans optimizasiyası və risklərin idarə olunmasını mənimsəyəcəksən.
II Mərhələ — Sonrakı 6 ay
İlk mərhələni uğurla bitirən iştirakçılar artıq real reklam kampaniyalarının idarə olunmasına birbaşa məsul şəxs kimi qoşulacaq, yüksək büdcəli layihələr üzərində işləyəcək və öyrəndikləri nəzəri bilikləri praktikada tətbiq edərək peşəkar təcrübə qazanacaqlar.
Proqramı uğurla bitirdikdən sonra
- İnternship proqramını uğurla tamamlayan əməkdaşlar komandamıza Junior Google Ads Specialist kimi qoşulacaqlar.
- Başlanğıc əməkhaqqı - 1000 Azn net
- Performansa əsaslanan çox rəqabətli və yüksək bonus sistemi.
Yəni gəlirin yalnız maaşla məhdudlaşmayacaq. Göstərdiyin nəticələr qazancına birbaşa təsir edəcək və karyera inkişafın üçün aydın yüksəliş planın olacaq.
Kimlər müraciət edə bilər?
Yeni məzunlar
- Karyerasını rəqəmsal marketinq sahəsində qurmaq istəyənlər
- İş sahəsini dəyişərək gələcəyi olan və sürətlə inkişaf edən bir peşəyə keçmək istəyənlər
- Analitik düşüncəyə sahib, rəqəmlərlə işləməyi sevən və daim inkişaf etməyə hazır olan şəxslər
Google Ads biliyinin olması üstünlükdür, lakin vacib deyil.
Əsas olan öyrənmək istəyi, məsuliyyət hissi və inkişaf motivasiyasıdır.
Səni gözləyən imkanlar
- Təcrübəli mentorlarla intensiv inkişaf proqramı
- Yüksək büdcəli real reklam kampaniyaları üzərində praktiki təcrübə
- Dünyanın ən böyük reklam platformalarından biri ilə peşəkar səviyyədə işləmək imkanı
- Aydın və uzunmüddətli karyera inkişaf planı
- Gənc, peşəkar və dəstəkləyici komanda
İş şəraiti
- İş qrafiki - Bazar ertəsi – Cümə axşamı, saat 10:00 – 19:00
- Cümə günü sərbəstdir.
- İstəsən evdən, istəsən ofisdən işləyə bilərsən. (Bəzi hallarda daxili qaydalara əsasən Cümə günü ofisdə olmaq tələb oluna bilər.)
Əlavə üstünlüklər
- Biz inanırıq ki, məhsuldar iş mühiti yalnız yaxşı maaşdan ibarət deyil. Buna görə əməkdaşlarımızın həm rahatlığına, həm sağlamlığına, həm də gündəlik həyat keyfiyyətinə yatırım edirik.
- Gündəlik nahar şirkət tərəfindən qarşılanır.
- Limitsiz çay, qəhvə və digər içkilər.
- Gün ərzində meyvə, şirniyyat və müxtəlif qəlyanaltılar.
- Internship proqramını uğurla bitirərək komandamıza qoşulan əməkdaşlar üçün özəl tibbi sığorta.
- Şirkət tərəfindən tam qarşılanan parkinq.
- Xətai metrosunun yaxınlığında, şəhərin mərkəzində yerləşən müasir ofis.
Game Room.
- Nap Area — gün ərzində ehtiyac yarandıqda qısa müddət istirahət edib enerjini bərpa edə biləcəyin xüsusi istirahət zonası.
- Təkcə nahar, qəlyanaltılar, içkilər və parkinqin şirkət tərəfindən qarşılanması əməkdaşlarımız üçün aylıq təxminən ₼300–₼500 əlavə qənaət yaradır.
- Ancaq bizim üçün yaxşı iş mühiti yalnız maddi üstünlüklərlə ölçülmür.
- İnanırıq ki, peşəkar inkişaf, sağlam iş mühiti və güclü komanda ruhu uzunmüddətli uğurun əsasını təşkil edir. Buna görə də əməkdaşlarımızın həm fiziki rahatlığını, həm sağlamlığını, həm də sosial və psixoloji rifahını düşünərək işləməkdən zövq alacaqları bir mühit yaratmağa çalışırıq. Çünki əməkdaşlarına dəyər verən şirkətlər daha güclü komandalar və daha böyük uğurlar qazanırlar.
- Bu sadəcə internship proqramı deyil.
- Bu, sıfırdan başlayaraq Google Ads üzrə peşəkar mütəxəssis olmaq, real bizneslər və yüksək büdcəli layihələr üzərində çalışmaq, dünyanın ən tələb olunan sahələrindən birində uzunmüddətli və yüksək gəlirli karyera qurmaq üçün yaradılmış real fürsətdir.
Əgər öyrənməyə, öz üzərində işləməyə və böyük hədəflər uğrunda çalışmağa hazırsansa, biz səni komandamızda görməkdən məmnun olarıq.
İndi müraciət et və gələcəyinə yatırım etməyə başla!
AFEA Group is part of Specialdaydeal Ltd specializing in data analysis and ad budget analyzation. Here at the AFEA Group, we operate, build, create & execute data analysis for our clients, while…