Prime Cotton Gözətçi (Şirvan)
İş rejimi Tam ştat Kateqoriya Mühafizə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Müdiriyyətin nümayəndəsi və ya növbəni təhvil verən gözətçi ilə birlikdə mühafizə olunan obyektin bütövlüyünü yoxlamaq (kilidlərin, digər bağlama qurğularının, plombların mövcudluğunu, yanğınsöndürmə inventarının, siqnalizasiya, telefon və işıqlandırma sistemlərinin işlək vəziyyətdə olmasını təmin etmək);
- Filialı mühafizəyə qəbul etməyə imkan verməyən nasazlıqlar (sındırılmış qapı, pəncərə və ya kilidlər, plomb və möhürlərin olmaması) aşkar olunduqda, dərhal tabe olduğu rəhbərə, müdiriyyətin nümayəndəsinə və polis bölməsinin növbətçisinə məlumat vermək, polisin nümayəndələri gələnədək cinayət izlərini qorumaq;
- Filialda yanğın baş verdikdə həyəcan siqnalı qaldırmaq, yanğınsöndürmə komandası və polis bölməsinin növbətçisinə xəbər vermək, ilkin yanğının söndürülməsi üzrə tədbirlər görmək;
- Filial daxilində neqativ halların (münaqişə, oğurluq, qadağan olunmuş yerlərdə siqaret çəkmə və s.) qarşısını almaq;
- Nəzarət-buraxılış məntəqəsindən keçən şəxsləri yoxlamaq;
- Xüsusi buraxılış sənədi əsasında obyektə daxil olan qonaqların qeydiyyatını aparmaq;
- Spirtli içki qəbul etmiş şəxslərin mühafizə olunan ərazilərə girişini məhdudlaşdırmaq;
- Təhlükəsizlik dərəcəsindən asılı olaraq, obyektə giriş-çıxış zamanı şəxslərin əl çantalarını yoxlamaq;
- Tapşırılmış obyektin müəyyən olunmuş vaxt çərçivəsində fasiləsiz qorunmasını təmin etmək;
- Obyektə gətirilən və çıxarılan mal-materialların, maşın və texnikanın qeydiyyatını aparmaq;
- Hadisələrə diqqətlə yanaşmaq, baş verən hər bir hal barədə dərhal rəhbərinə məlumat vermək.
Tələblər
- Mühafizə sahəsində minimum 1 il iş təcrübəsinin olması vacibdir;
- Növbələrin idarə olunması prosesində iştirak təcrübəsi arzuolunandır.
- Sənədlər əsasında işləmə bacarığı tələb olunur;
- Mal-material dövriyyəsi zamanı sayım prosesində iştirak etmək, sənədlərdəki say və ad uyğunluğunu yoxlamaq bacarığı.;
- Açıq ərazilərdə mal-materialın təhlükəsiz və mühafizəli yerləşdirilməsinin təşkili üzrə anlayış və təcrübə;
- Kompüter bilikləri (qeydiyyat sistemlərində işləmək bacarığı) arzuolunandır.
PC 

Prime Cotton
Emal sənayesi
Prime Cotton has more than 25 years of experience in Azerbaijan’s non-oil economy. We are growing, and stockpiling cotton in 15 out of 20 cotton cultivating regions of the country with further…