QUK
Qarabağ Universitetinin Klinikası
Həkim-kardioloq
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
Təsvir
Vəzifənin təsviri:
- Müxtəlif yaş qruplarından olan pasiyentlərin ürək-damar sistemi üzrə profilaktik və planlı müayinələrinin aparılması.
- Ürək-damar xəstəliklərinin vaxtında diaqnostikası və düzgün müalicə taktikasının seçilməsi.
- Arterial hipertenziya, ürək çatışmazlığı, aritmiyalar, işemik ürək xəstəliyi və digər kardioloji xəstəliklərin müalicə və izlənilməsinin təmin edilməsi.
- Xroniki ürək-damar xəstəliklərinə nəzarət edilməsi və pasiyentlər üçün fərdi müalicə planlarının hazırlanması.
- Pasiyentlərə ürək-damar xəstəliklərinin profilaktikası, sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durma və müalicəyə riayət edilməsi barədə maarifləndirici məsləhətlərin verilməsi.
- Zəruri hallarda EKQ, EXO-kardioqrafiya, Holter monitorinqi, stress-test, laborator və digər instrumental müayinə üsullarının təyin olunması və nəticələrin şərh edilməsi.
- Pasiyentlərin tibbi sənədləşməsinin aparılması və elektron sistemlərdə qeydiyyatın təmin edilməsi.
- Multidissiplinar komanda ilə əməkdaşlıq edərək pasiyentin müalicə və izləmə prosesinin koordinasiya edilməsi.
- Klinikanın elmi və praktiki fəaliyyətində iştirak edilməsi, konfrans, seminar və digər peşəkar tədbirlərdə klinikanın təmsil olunması.
Tələblər
Namizədə tələblər:
- Ali tibbi təhsil və Kardiologiya ixtisası üzrə müvafiq ixtisaslaşma.
- Kardiologiya sahəsi üzrə klinik bilik və praktik bacarıqlar.
- Tibbi protokollar, pasiyent təhlükəsizliyi və klinik standartlar üzrə biliklər.
- Komanda ilə işləmək, effektiv kommunikasiya və klinik qərarvermə bacarıqları.
- Xaricdə təhsil almış, akademik tədqiqat fəaliyyəti və universitet mühitində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
- Namizədin fəaliyyətində dürüstlük, ədalətlilik, yüksək peşəkar standartlara sadiqlik, əməkdaşlıq və xəstə yönümlü yanaşma kimi institusional dəyərlərə uyğun davranış nümayiş etdirməsi gözlənilir.