ATL TechATL Tech

Helpdesk / Texniki dəstək üzrə mütəxəssis

19 saat əvvəl yerləşdirilib Mənbə
İnformasiya texnologiyaları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
31 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

“ATL Tech” olaraq şirkət əməkdaşlarına iş prosesinin fasiləsizliyinin təmin edilməsində dəstək göstərəcək “Texniki dəstək üzrə mütəxəssis” axtarışındayıq. Namizəd Windows OS, Microsoft 365, avadanlıqlarla bağlı problemlərin diaqnostikası, həlli, yeni avadanlıqların quraşdırılması, sazlanması, eləcə də əməkdaşlara gündəlik texniki dəstəyin göstərilməsinə cavabdeh olacaq.

Vəzifə öhdəlikləri:

  • Ticket sistemi, e-poçt və ya birbaşa müraciətlər vasitəsilə birinci səviyyəli texniki dəstək göstərmək;
  • Yeni noutbuklarda Windows OS və periferik avadanlıqları (monitor, printer və s.) quraşdırmaq və sazlamaq;
  • Microsoft 365 mühitində istifadəçi hesablarını, icazələri və lisenziyaları idarə etmək;
  • Ofisdaxili şəbəkə (Wi-Fi/LAN), VPN və proqram təminatı ilə bağlı problemləri diaqnostika etmək və aradan qaldırmaq;
  • İT avadanlıqlarının uçotunu aparmaq və əməkdaşlar üçün sadə texniki təlimatlar hazırlamaq;

Tələblər:

  • IT Support və ya Helpdesk sahəsində minimum 1 il iş təcrübəsi;
  • Windows 10/11 üzrə mükəmməl biliklər;
  • PC komponentləri, noutbuk və printer nasazlıqlarını aradan qaldırmaq bacarığı;
  • Texniki məsələləri İT sahəsində olmayan əməkdaşlara aydın şəkildə izah etmək bacarığı;
  • Azərbaycan dili biliyi mütləq, ingilis dili biliyi isə texniki sənədləri oxumaq səviyyəsində arzuolunandır;

Qeyd: Vakansiya üzrə yalnız ilkin seçim mərhələsi üzrə uyğun görülən namizədlərlərin dəyərləndirilməsi həyata keçiriləcəkdir.

Müraciətlərinizi mövzu hissəsində "Texniki dəstək üzrə mütəxəssis" qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.

Oxşar vakansiyalar

Hamısına bax