Mercure Baku City Hotel Housekeeping Supervisor
18 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Qonaqpərvərlik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Housekeeping əməkdaşlarının gündəlik iş fəaliyyətini planlaşdırmaq və nəzarətdə saxlamaq;
- Qonaq otaqlarının, ictimai sahələrin və xidmət otaqlarının hotel standartlarına uyğun təmizliyini təmin etmək;
- Otaqların vaxtında yoxlanılmasını və qonaqların istifadəsinə hazır vəziyyətdə təqdim olunmasını təmin etmək;
- Təmizlik keyfiyyətinə nəzarət etmək, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasını təmin etmək;
- Housekeeping əməkdaşlarına təlim keçmək, iş bölgüsü aparmaq və onların fəaliyyətini qiymətləndirmək;
- Təmizlik vasitələri, inventar və yataq dəstlərinin düzgün istifadəsinə və uçotuna nəzarət etmək;
- Texniki nasazlıqlar barədə aidiyyəti şöbələri məlumatlandırmaq və onların aradan qaldırılmasını izləmək;
- Qonaq müraciət və şikayətlərini operativ şəkildə həll etmək;
- Gigiyena, təhlükəsizlik və brend standartlarına riayət olunmasını təmin etmək.
Namizədə tələblər:
- Housekeeping sahəsində minimum 2 il iş təcrübəsi (supervayzer vəzifəsində təcrübə üstünlükdür);
- Hotelçilik və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür;
- Azərbaycan dilini sərbəst, ingilis dilini orta və ya yaxşı səviyyədə bilmək (rus dili biliyi üstünlükdür);
- MS Office proqramlarından istifadə bacarığı (Opera PMS biliyi üstünlükdür);
- Komanda idarəetmə, planlaşdırma və təşkilatçılıq bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ işləmək bacarığı;
- Yüksək ünsiyyət və problem həll etmə bacarığı.
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar və dinamik kollektiv;
- Karyera inkişafı imkanları;
- Nahar təminatı;
- Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Housekeeping Supervisor” qeyd etmələri xahiş olunur.
MBC 

Mercure Baku City Hotel