Hovuz üzrə komanda rəhbəri
1 gün əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Satış
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
AF Hotel Aqua Park vakansiya elan edir - Hovuz üzrə komanda rəhbəri
Vəzifə öhdəlikləri:
- Aqua Park ərazisindəki hovuzun gündəlik vəziyyətinə ümumi nəzarət etmək;
- Hovuzun təmizliyini, suyun keyfiyyətini və gigiyenik vəziyyətini daim yoxlamaq;
- Suyun xlor, pH və digər vacib göstəricilərinə nəzarət etmək;
- Hovuzun su dövriyyəsi, filtrasiya və digər texniki sistemlərinin işlək vəziyyətdə olmasını izləmək;
- Hovuzda yaranan texniki problemləri vaxtında müəyyən etmək və aidiyyəti şəxslərə məlumat vermək;
- Hovuzun vaxtında təmizlənməsinə, suyun dəyişdirilməsinə və lazımi qulluq işlərinin görülməsinə nəzarət etmək;
- Hovuz ərazisində çalışan işçilərin iş bölgüsünü təşkil etmək və gündəlik fəaliyyətinə nəzarət etmək;
- Komandanın iş qrafikini və növbəli iş sistemini düzgün təşkil etmək;
- Ərazidə nizam-intizam, təmizlik və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;
- Gün ərzində hovuzun vəziyyətini mütəmadi yoxlamaq və rəhbərliyə məlumat vermək.
Namizədə tələblər:
- Məsuliyyətli, ciddi və nəzarət qabiliyyətli olmaq;
- Komanda idarəetmə və təşkilatçılıq bacarığına malik olmaq;
- Texniki məsələləri anlama və problemi vaxtında müəyyən etmə bacarığı;
- Hovuz sistemləri, su təmizliyi və filtrasiya sahəsində təcrübə üstünlükdür;
- İş prosesinə operativ nəzarət etmək və yaranan problemlərə vaxtında müdaxilə etmək bacarığı.
İş yeri: AF Hotel Aqua Park
Əmək haqqı: Müsahibə əsnasında müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
A 
AF Holding
Maliyyə və sığorta fəaliyyəti
AF HOLDING implements its activity and co-operation in compliance with undermentioned principles: Increasing of financial indicators and economic stability of companies; Stable payment of taxes;…