KB Kapital BankKapital Bank

Hüquq Departamentinin Bank Məhsullarına Hüquqi Dəstək Şöbəsinin Hüquqşünası

Bakı 1 ay əvvəl yerləşdirilib Mənbə
Hüquq
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
7 iyun 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Birbankın Hüquq Departamentinin Bank Məhsullarına Hüquqi Dəstək Şöbəsinə bank məhsulları və proseslərinin hüquqi müşayiətini həyata keçirəcək, müqavilələrin hazırlanması və hüquqi ekspertizasını təmin edəcək, eyni zamanda struktur bölmələrə hüquqi məsləhət və dəstək göstərəcək peşəkar namizəd axtarırıq.

+ ' ' +
  • Analitik və strateji təfəkkür
  • Danışıqlar aparmaq bacarığı
  • Detallara yüksək diqqətlilik
  • Stressə davamlılıq Konfidensiallıq
+ ' ' +
  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti
+ ' ' +
  • Bank məhsullarına dair standart müqavilələri və məhsul dəyişiklikləri ilə bağlı yenilənmələri, müvafiq struktur bölmələr tərəfindən təqdim edilmiş müqavilələrin/müqavilə layihələrinin və digər zəruri sənədlərin hazırlanmasını və hüquqi ekspertizasını həyata keçirmək, onlara düzəlişlər və əlavələr etmək;
  • Şöbənin funksiyaları çərçivəsində “Agile” fəaliyyət forması üzərindən yönəldilən bankdaxili struktur bölmələrin hüquqi sorğularını və müraciətlərini cavablandırmaq;
  • Bütün növ bank məhsullarının, proseslərin, onları tənzimləyən bankdaxili normativ sənədlərin, habelə Bankın layihələrinin yaradılmasına, onlara dəyişiklik edilməsinə və xitam verilməsinə hüquqi dəstək göstərmək, o cümlədən qanunvericiliyin tələblərini nəzərə almaqla hüquqi rəy vermək;
  • “Agile” struktur bölmələr tərəfindən daxil olan müraciətlər əsasında Bankın fəaliyyəti üçün zəruri olan icazə və lisenziyaların alınması, müvafiq dövlət orqanlarında təsdiqetmə və qeydiyyata alınmasını həyata keçirmək.
  • Birbaşa rəhbərindən və Bankın rəhbərliyindən daxil olan tapşırıqları vaxtında icraata götürmək, icrasını təmin etmək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

KB Kapital Bank
Kapital Bank
Maliyyə və sığorta fəaliyyəti

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et