Şimal Servis Hüquqşünas
15 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Hüquq
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Tələblər:
- Yaş həddi: 20-35;
- Hüquq sahəsi üzrə ali təhsil;
- Hüquq sahəsində təcrübə;
- AR-nın Mülki, Əmək, Vergi və s. mülki və inzibati prosessual qanunvericiliyini bilməlidir
- Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə, Rus və İnqilis dillər biliyi arzuolunandır;
- Sürücülük vəsiqəsi arzuolunan;
- Ünsiyyətçilik, məsuliyyətlilik, punktuallıq və komanda ilə işləmə bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı olmalıdır;
İşin təsviri:
- Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
- Müəssisənin fəaliyyətindən irəli gələn sənədlərə (məktublara, əmrlərə və s.) həmçinin müqavilələrə rəy vermək və hüquqi ekspertizanı həyata keçirmək;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
- Müəssisənin adından bağlanılan bütün əqdləri hüquqi ekspertizadan keçirmək və qanuna, müəssisənin mənafelərinə uyğun оlаn əqdləri (müqаvilələri) vizа ilə təsdiq etmək və yа onlara dair yаzılı rəy vеrmək, həmçinin qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin bağlanılmaması barədə rəhbərlik qarşısında məsələ qaldırmaq və bunun səbəblərini аçıqlаyаn yаzılı rəy vеrmək;
- Müəssisəni məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək;
- Dövri hesabatların hazırlanması və təqdim edilməsi;
- Hüquq məsələlərinə aid rəhbərliyin diqər tapşırıqlarını yerinə yetirmək.
İş şəraiti:
- 5 günlük iş həftəsi, iş vaxtı: 9:00 - 18:00;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Mərkəzi Bulvar kücəsi 5 ünvanında yerləşən ofis;
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq;
Xahiş edirik müraciyətlərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz və mövzu bolməsində “Hüquqşünas” sözünü qeyd edəsiniz.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
ŞS 

Şimal Servis