GA Global Activity MMCGlobal Activity MMC

Hüquqşünas

19 saat əvvəl yerləşdirilib Mənbə
Hüquq
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
20 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Əsas vəzifələr:

  • Şirkətin fəaliyyətinə tam hüquqi dəstəyin göstərilməsi;
  • Müvafiq sənədlərin, müraciət və ərizələrin hazırlanması və lazımi müştərilərə, orqanlara təqdim edilməsi;
  • Azərbaycan Respublikasının qanunvericilik normalarına və şirkət daxili qaydalara uyğunluğun təmin edilməsi;
  • İcraatda olan işlərin müntəzəm yoxlanılması və düzgün formatda, vaxtında və tam hazırlanması;
  • Bütün xidmət və işlərin hüquqi uyğunluğunun monitorinqi;
  • Hüquqi risklərin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin tövsiyə edilməsi və peşə fəaliyyətinə uyğun müvafiq işlərin görülməsi.

Tələblər:

  • Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Minimum 3 il real iş təcrübəsi;
  • Korporativ və miqrasiya, həmçinin beynəlxalq müqavilə qanunvericiliyi üzrə biliklər;
  • Düzgün və sərbəst sənəd tərtibatı, danışıqlar və yönləndirmə bacarıqları;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə, Rus və İngilis dili biliyi arzuolunandır;

İş şəraiti

  • Ünvan: Bakı şəhəri, İçərişəhər, Axundov bağı yaxınlığı.
  • İş vaxtı - həftənin 5 günü, saat 09:00-18:00

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

GA Global Activity MMC
Global Activity MMC

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et