Dövlət Proqramı İdarəetmə Qrupu Hüquqşünas
İş rejimi Tam ştat Təcrübə 1–3 il Kateqoriya Hüquq
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Tələbələrin iştirakı, uyğunluq və Dövlət Proqramı çərçivəsində öhdəliklərin icrası ilə bağlı məsələlər üzrə hüquqi rəhbərlik etmək.
- Müqavilələr, sazişlər və daxili hüquqi sənədlər hazırlamaq, həmçinin onlarla bağlı hüquqi rəylər vermək.
- Tələbə öhdəlikləri ilə bağlı hüquqi iddiaların, məhkəmə sənədlərinin və şikayətlərin hazırlanmasına yardım etmək.
- Bütün hüquqi addımların daxili siyasətə, milli qanunvericiliyə və inzibati qaydalara uyğun olmasını təmin etmək.
Xüsusi tələblər
- Hüquq üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür).
- Dövlət sektorunda minimum 2 il iş təcrübəsi.
- Mülki hüquq, inzibati hüquq, Təhsil qanunvericiliyi, Mülki Prosessual və İnzibati Prosessual qanunvericilikləri mükəmməl bilmək.
- Azərbaycan və İngilis dillərində sərbəst bilik (yazılı və şifahi).
- Analitik düşünmə, detallara diqqət, komandada işləmək və gərgin iş qrafikində operativ qərar vermək bacarığı.
Müraciət qaydası:
- Namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- Məktubun mövzu hissəsində mütləq şəkildə “Vakansiya - Hüquqşünas” qeyd edilməlidir.
- Son müraciət tarixi: 10.07.2026
Qeyd: Müraciət edən namizədlər arasında yalnız ilkin seçim mərhələsini uğurla keçən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət ediləcəklər.
Müraciət etmək üçün: [email protected]
Dövlət Proqramı İdarəetmə Qrupu