A
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Hüquq
Vəzifə haqqında
Komandamıza məsuliyyətli, diqqətli və inkişaf etməyə həvəsli Hüquqşünas köməkçisi axtarılır.
Vəzifə öhdəlikləri:
- İddia ərizələrinin hazırlanması;
- Xəbərdarlıq məktublarının və digər hüquqi sənədlərin tərtib edilməsi;
- Rəsmi yazışmaların hazırlanması və aidiyyəti qurumlara göndərilməsi;
- Hüquqi sənədlərin hazırlanmasında və sənəd dövriyyəsində dəstəyin göstərilməsi;
- Rəhbərlik tərəfindən verilən digər hüquqi tapşırıqların vaxtında və keyfiyyətlə icrası.
Namizədə tələblər:
- Hüquq ixtisası üzrə ali təhsil (və ya son kurs tələbəsi);
- Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və stressə davamlı olmaq;
- Komandada işləmək bacarığı.
Biz təklif edirik:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera imkanları;
- Stabil iş mühiti və mehriban kollektiv;
- Əmək haqqı müsahibə əsasında müəyyən edilir.
İş qrafiki:
- 6 günlük iş rejimi
- İş yeri: Xarici dairəvi yol 4.
Cins: Qadın və kişi namizədlər müraciət edə bilər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.