Rəqəmsal Səhiyyə Mərkəzi Hüquqşünas köməkçisi
Vəzifə haqqında
Rəqəmsal Səhiyyə Mərkəzindən vakansiya: Hüquqşünas köməkçisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Mərkəzin fəaliyyətinə dair hüquqi məsləhətlərin verilməsi;
– Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, yoxlanılması və razılaşdırılması;
– Dövlət orqanları (qurumlar) və ictimai təşkilatlarla hüquqi yazışmaların aparılması;
– Daxili normativ sənədlərin, qaydaların və prosedurların hazırlanması;
– Hüquqi risklərin qiymətləndirilməsi və onların azaldılması üçün təkliflərin verilməsi.
– Həvalə edilmiş məktub, müraciət, şikayət, etiraz və digər sənədləri araşdırmaq, lazımi sənədləri toplamaq, onlarla bağlı cavabları hazırlanaraq müvafiq qaydada yönləndirilməsini təmin etmək;
– Mərkəzin struktur bölmələri ilə sıx əməkdaşlıq edərək onların fəaliyyətinə dair hüquqi məsələlər üzrə dəstək göstərmək;
Namizədlərə tələblər:
– Təhsil: Hüquq üzrə ali təhsil;
– İş təcrübəsi: Hüquq sahəsində minimum 6 ay iş təcrübəsi;
– Güclü analitik bacarıqlar və detallara diqqət;
– Hüquqi sənədlərlə müstəqil işləmək bacarığı;
– MS Office proqramlarında işləmək bacarığı:
– Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət (rus və ya ingilis dili üstünlükdür);
İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Hüquqşünas köməkçisi” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
