Hüquqşünas / Lawyer
İş rejimi Tam ştat Təcrübə 1–3 il Kateqoriya Hüquq
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Şirkətin fəaliyyətindən irəli gələn müxtəlif növ müqavilələrin hazırlanması, hüquqi ekspertizası, razılaşdırılması və icrasının hüquqi müşayiətini həyata keçirmək;
- Müqavilə layihələri üzrə danışıqlarda iştirak etmək, hüquqi riskləri müəyyənləşdirmək;
- Müqavilələrin Azərbaycan Respublikası qanunvericiliyinə və şirkətin daxili siyasətlərinə uyğunluğunu təmin etmək;
- Müqavilələrin icrası zamanı yaranan hüquqi məsələlər üzrə struktur bölmələrə hüquqi dəstək göstərmək;
- Korporativ, kommersiya və mülki hüquq məsələləri üzrə hüquqi rəylər hazırlamaq;
- Dövlət orqanları, məhkəmələr və digər təşkilatlarla hüquqi yazışmaları hazırlamaq və hüquqi proseslərdə iştirak etmək;
- Hüquqi sənədlərin, müqavilələrin və əlaqədar materialların sistemləşdirilməsi, uçotu və arxivləşdirilməsini təmin etmək;
- Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək.
Xüsusi tələblər
- Hüquq üzrə ali təhsil;
- Hüquqşünas vəzifəsində minimum 2 il iş təcrübəsi;
- Müqavilə hüququ və müqavilələrin hazırlanması, təhlili, danışıqların aparılması və hüquqi ekspertizası üzrə praktiki təcrübə;
- Azərbaycan Respublikasının mülki, kommersiya və korporativ qanunvericiliyi üzrə güclü biliklər;
- Hüquqi şəxslərlə iş və biznes münasibətlərinin hüquqi tənzimlənməsi sahəsində təcrübə;
- Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Hüquqi sənədlərin hazırlanması və təhlili üzrə yüksək bacarıq;
- Analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik.
Azerlotereya