QU Qarabağ UniversitetiQarabağ Universiteti

Hüquqşünaslıq ixtisası üzrə müəllim-Xankəndi

1 saat əvvəl yerləşdirilib Mənbə
Hüquq
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
5 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Qarabağ Universiteti 2026-2027-ci tədris ili üçün “Müqavilə hüququ”, “Hüquqi yazı”, “Əmək hüququ”, “Avropa İttifaqı hüququ”, “Vergi hüququ”, “Biznes hüququ”, “Turizm hüququ”, “Əqli mülkiyyət hüququ”, “Beynəlxalq ticarət hüququ”, “Kommersiya hüququ”, “İnzibati hüquq” istiqamətləri üzrə müəllim vakansiyalarına işə qəbul elan edir.

İşin təsviri:

  • Dərs yükünə uyğun fənlərin tədrisi;

  • Fənn sillabuslarının hazırlanması;

  • Elmi-tədqiqatların aparılması və elmi jurnallarda dərc edilməsi;

  • Təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;

  • Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;

  • Tədris prosesindən əlavə, fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak.

Tələblər:

  • Hüquq sahəsində magistr dərəcəsi mütləqdir (doktorantura təhsili və ya elmi dərəcəyə sahib olmaq üstünlük hesab edilir);

  • Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji iş təcrübəsi (nüfuzlu ali təhsil müəssisələrinin məzunları üçün müvafiq  tələb istisna edilə bilər);

  • Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq məcəllələr üzrə dərin biliklərə malik olmaq;

  • Azərbaycan Respublikasının elm və təhsilə aid qanunvericilik aktları barədə məlumatlılıq;

  • Tədqiqat bacarığı;

  • Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;

  • İngilis dili üzrə minimum C1 səviyyəsi;

  • Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;

  • Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;

  • Yüksək kommunikasiya bacarığı;

  • Liderlik və idarəetmə bacarıqları.

Qeyd: Biznes hüququ, Beynəlxalq hüquq, Beynəlxalq xüsusi hüquq, Avropa İttifaqı hüququ, Beynəlxalq ticarət hüququ fənlərinin tədrisi üçün ingilis dili biliyi mütləqdir.

Tələb olunan sənədlər:

  • CV (ingilis dilində);

  • Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;

  • Dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);

  • Motivasiya məktubu (maksimum 500 söz).

Təklif etdiyimiz üstünlüklər:

  • Rəqabətədavamlı əməkhaqqı

  • Elmi-tədqiqat mühiti

  • Xankəndidə mənzillə təminat

  • Akademik inkişaf imkanları

  • Ekoloji təmiz və yaşıl şəhər

Qeyd 1: Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının (nümunə: Hüquqi yazı istiqaməti üzrə müəllim) qeyd edilməsi vacibdir.

Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

QU Qarabağ Universiteti
Qarabağ Universiteti

Oxşar vakansiyalar

Hamısına bax