BOA Agency İcra işləri üzrə mütəxəssis / hüquqşünas
18 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Hüquq
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Problemli Kreditlərin İdarə edilməsi Departamentinin Rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
- Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi;
- Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi
- İcra mərhələsində ərizələrin aidiyyəti üzrə təqdim edilməsi və müraciətin icra edilməsinin təmin edilməsi;
- Qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması, icra hərəkətlərinin aparılmasının təmin edilməsi;
- Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borcluların əmək haqqına yönəldilməsi, borclularla ödənişin təmin edilməsi üçün müvafiq danışıqların aparılması;
- İcra İşləri Şöbəsinin Rəhbəri tərəfindən tapşırılmış digər vəzifələrin yerinə yetirilməsi.
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsil (hüquq təhsili arzuolunan) ;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi olmalı ;
- AR İcra haqqında qanunu bilməli;
- Ofis proqramlarında işləmə bacarığı (Word, Excell və.s) ;
- Kollektivdə işləmə qabiliyyəti olmalı;
- Müqavilələrlə işləmə bacarığı;
- Şirkətdaxili nizam-intizam qaydalarına riayət etməli;
- Rayonlar üzrə ezamiyyələrə gedməyə hazır olmalı;
- Azərbaycan dilində səlist danışıq bacarığı (rus dili arzuolunandır).
İş şəraiti:
- Əmək haqqı: 700 – 800 Azn (+bonus sistemi)
- İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- Şənbə və bazar istirahət;
- Nahar fasiləsi: 13:00 – 14:00;
Sizə nə təklif edirik?
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
- Əmək haqqına mükafat və əlavə bonuslar;
- Korporativ nömrəylə təmin edilmə;
- Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
- Karyera və inkişaf perspektivləri.
Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21
BA 

BOA Agency