İVR
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
İctimai əlaqələr şöbəsinin mətbuatla iş üzrə aparıcı mütəxəssisi
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Marketinq
Vəzifə haqqında
Təsvir
- Agentliyin fəaliyyəti ilə bağlı məlumatların, press-relizlərin, xəbər mətnlərinin, çıxışların, analitik məqalələrin, arayışların, hesabatların və digər kommunikasiya materiallarının hazırlanması;
- Kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi, media sorğularının operativ və dolğun cavablandırılmasının təmin edilməsi;
- Böhran kommunikasiyası üzrə fəaliyyətlərin planlaşdırılması, müvafiq məlumatlandırma tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak;
- Agentliyin tədbirlərinin informasiya təminatının təşkili, media nümayəndələri ilə işin koordinasiyası və tədbirlərin ictimai işıqlandırılmasının təmin edilməsi;
- Foto və video materialların hazırlanması prosesinin təşkili və əlaqələndirilməsi;
- Sosial media və kütləvi informasiya vasitələrində Agentliyin fəaliyyəti ilə bağlı məlumatların monitorinqinin aparılması, təhlili və müvafiq hesabatların hazırlanması;
- Tapşırıqlarına uyğun olaraq arayışların, təqdimat materiallarının və hesabatların hazırlanması;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
Tələblər
- PR, jurnalistika və ya kommunikasiya sahəsində minimum 5 il iş təcrübəsi;
- Dövlət qurumları ilə iş təcrübəsinin olması üstünlük hesab olunur;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və redaktə bacarıqları;
- İngilis dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;
- Rus dilində yazılı bacarığı üstünlük hesab olunur;
- Microsoft Office proqramlarında (Word, Excel və s.) sərbəst işləmək bacarığı;
- Media ilə geniş əlaqələr şəbəkəsinə malik olmaq;
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları;
- Komanda ilə işləmə və stress altında effektiv fəaliyyət göstərmə bacarığı;
- Böhran vəziyyətlərində düzgün və çevik kommunikasiya bacarığı.