U Unibank ASCUnibank ASC

İdarəetmə, Risk və Komplayens (GRC) Şöbəsinin Aparıcı Mütəxəssisi

Bakı 15 saat əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
14 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Bank üzrə informasiya təhlükəsizliyi idarəetmə, risk və komplayens proseslərinin icrasında iştirak etmək;
  • İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur, təlimat və digər normativ sənədləri hazırlamaq, yeniləmək və tətbiqini təmin etmək;
  • Tənzimləyici qurumların, beynəlxalq standartların və daxili qaydaların informasiya təhlükəsizliyi üzrə tələblərini izləmək və icrasını təmin etmək;
  • PCI DSS, PCI 3DS, PCI PIN Security, SWIFT CSP, Mərkəzi Bank tələbləri və digər aidiyyəti komplayens çərçivələri üzrə uyğunluq fəaliyyətlərini icra etmək və nəzarətdə saxlamaq;
  • Audit, yoxlama və qiymətləndirmə prosesləri üçün tələb olunan məlumatların, sübutların və sənədlərin toplanmasını təşkil və koordinasiya etmək;
  • Audit və yoxlama nəticəsində müəyyən edilmiş uyğunsuzluqlar üzrə tədbirlərin icrasını izləmək və əlaqəli struktur bölmələrlə koordinasiyanı həyata keçirmək;
  • Yeni layihə, sistem, proses və inteqrasiyalar üzrə informasiya təhlükəsizliyi governance və compliance tələblərinin tətbiqini həyata keçirmək və nəzarətdə saxlamaq;
  • İnformasiya təhlükəsizliyi sahəsində maarifləndirmə və daxili təlim təşəbbüslərini təşkil etmək və həyata keçirmək;
  • İnformasiya təhlükəsizliyi üzrə daxili və xarici sorğuların cavablandırılması üçün tələb olunan məlumatları hazırlamaq və təqdim etmək;
  • İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək;
  • İnformasiya təhlükəsizliyi risklərinin idarə edilməsi strategiyası və siyasətinə riayət olunmasına nəzarəti həyata keçirmək.


Tələblər

Təhsil və Təcrübə

  • Ali təhsil (İnformasiya Texnologiyaları və əlaqəli sahələr üzrə);
  • İnformasiya təhlükəsizliyi, idarəetmə, risk və komplayens (GRC) sahələrində minimum 3 il iş təcrübəsi;
  • Qeyd olunan sahə üzrə siyasət, prosedur və normativ sənədlərin hazırlanması və tətbiqi üzrə iş təcrübəsi;
  • PCI DSS, PCI 3DS, PCI PIN Security, SWIFT CSP, ISO 27001, Mərkəzi Bank tələbləri və digər uyğunluq çərçivələri üzrə bilik və praktiki iş təcrübəsi;
  • Risklərin qiymətləndirilməsi, təhlili, izlənməsi və eskalasiya prosesləri üzrə təcrübə;
  • Audit, daxili nəzarət və uyğunluq yoxlamalarında iştirak təcrübəsi.

Bacarıqlar və Keyfiyyətlər

  • Analitik düşüncə və problem həll etmə bacarıqları;
  • Sənədləşdirmə, hesabatlılıq və təqdimat bacarıqları;
  • İngilis dili orta səviyyədə, rus dili arzuolunandır;
  • Məsuliyyətlilik, diqqətlilik və təşəbbüskarlıq.

Sertifikatlar və Üstünlüklər

  • CISM, CRISC, ISO 27001 Lead Implementer / Lead Auditor və ya digər uyğun sertifikatlar üstünlükdür;
  • Bank, maliyyə, ödəniş sistemləri və yüksək tənzimlənən mühitdə iş təcrübəsi üstünlükdür;
  • GRC alətləri, risk və komplayens platformaları ilə iş təcrübəsi arzuolunandır. 


U Unibank ASC
Unibank ASC

Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et