LE
Landau Education Group
İmtahanların təşkili üzrə mütəxəssis (Landau school - Hazırlıq Məktəbi)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Təhsil
Vəzifə haqqında
Təsvir
- Daxili və xarici imtahanların təşkili və koordinasiyası;
- İmtahan cədvəllərinin hazırlanması və icrasına nəzarət;
- İştirakçıların qeydiyyatı, müəllim və şagirdlərlə əlaqələndirmə;
- İmtahan materiallarının hazırlanması, çapı və məxfiliyinin təmin edilməsi;
- İmtahan otaqlarının və texniki avadanlıqların hazır vəziyyətə gətirilməsi;
- Nəzarətçilərin təyin edilməsi və prosedurlara əməl olunmasına nəzarət;
- İmtahan işlərinin toplanması, nəticələrin qeydiyyatı və hesabatların hazırlanması;
- Apellyasiya müraciətlərinin və imtahanla bağlı insidentlərin idarə olunması;
- İmtahan məlumatlarının təhlükəsizliyinin və konfidesiallığının qorunması.
Tələblər
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Ali təhsil;
MS Office proqramlarında işləmək bacarığı;
Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini işlək səviyyədə bilmək;
Yerli və beynəlxalq imtahan sistemləri haqqında məlumatlı olmaq (DİM Qəbul, DİM Buraxılış, IELTS, TOEFL, SAT və s.);
Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları;
Məsuliyyətli, diqqətcil və punktual olmaq.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 6 günlük iş rejimi. I - V günlər 10:00 - 18:00, şənbə günləri isə 09:00 - 17:00 aralığı.
- Peşəkar inkişaf imkanları;
- Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
- Uşaqlara məktəb endirimləri.
- İş yeri: Landau school 9-11 Hazırlıq Məktəbi, Zabitlər parkı; Gənclik.