A AzInTelecom MMCAzInTelecom MMC

İnformasiya sistemləri üzrə mühəndis

16 saat əvvəl yerləşdirilib Mənbə
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
14 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Departament: İnformasiya texnologiyaları departamenti/Platformalar şöbəsi

Vəzifə öhdəlikləri:

  • İstifadəçilərə və aidiyyəti struktur bölmələrə texniki məsləhət və metodoloji dəstəyin göstərilməsi.
  • İnformasiya sistemlərinin və İT infrastrukturunun texniki qiymətləndirilməsinin həyata keçirilməsi;
  • Verilənlər bazaları və tətbiq sistemlərinin fəaliyyətinin təhlili və optimallaşdırılması;
  • Yeni informasiya sistemlərinin tətbiqi, sınaqdan keçirilməsi, inteqrasiyası və istismara verilməsi proseslərində iştirak edilməsi;
  • İT infrastrukturuna aid texniki sənədlərin, istismar prosedurlarının, istifadəçi təlimatlarının və sistem sənədlərinin hazırlanması və mütəmadi yenilənməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Verilənlər bazalarının təhlili üzrə dərin bilik;
  • Verilənlər bazalarının modelləşdirilməsi, optimallaşdırılması və məhsuldarlığının artırılması prinsipləri;
  • İnformasiya sistemlərinin arxitekturası və qarşılıqlı inteqrasiya prinsipləri;
  • Java proqramlaşdırma dili, HTML və CSS üzrə baza bilikləri;
  • Microsoft Office proqram paketindən, xüsusilə Excel proqramının analitik funksiyalarından peşəkar istifadə bacarığı;
  • Server, verilənlər bazası və informasiya sistemlərinin istismarı, monitorinqi və texniki dəstəyi sahəsində iş təcrübəsi;
  • Böyük həcmli məlumatların emalı, strukturlaşdırılması, optimallaşdırılması və təhlili üzrə praktiki bilik və bacarıqlar;
  • İnformasiya sistemlərinin tətbiqi, modernləşdirilməsi və texniki layihələrin icrasında iştirak təcrübəsi;
  • Texniki sənədlərin, sistem arxitekturasına dair sənədlərin və istismar sənədlərinin hazırlanması bacarığı;
  • Analitik və sistemli düşünmə qabiliyyəti;
  • Mürəkkəb texniki problemləri təhlil etmək və optimal həll variantları hazırlamaq bacarığı;
  • Dəyişən texnoloji mühitə operativ uyğunlaşmaq və yeni texnologiyaları mənimsəmək bacarığı;
  • Yüksək məsuliyyətlilik, nəticəyönümlülük və təşəbbüskarlıq;
  • Komandada əməkdaşlıq və funksiyalararası koordinasiya bacarığı;
  • Effektiv yazılı və şifahi kommunikasiya bacarığı;
  • Texniki sənədlərin yüksək keyfiyyətlə hazırlanması və təqdim edilməsi bacarığı;
  • Vaxtın səmərəli idarə olunması və prioritetlərin düzgün müəyyənləşdirilməsi;
  • Detallara diqqət, sistemli yanaşma və keyfiyyət standartlarına riayət etmək bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

A AzInTelecom MMC
AzInTelecom MMC
İnformasiya və kommunikasiya

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri,…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et