AzInTelecom MMC İnformasiya sistemləri üzrə mühəndis
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- İstifadəçilərə və aidiyyəti struktur bölmələrə texniki məsləhət və metodoloji dəstəyin göstərilməsi.
- İnformasiya sistemlərinin və İT infrastrukturunun texniki qiymətləndirilməsinin həyata keçirilməsi;
- Verilənlər bazaları və tətbiq sistemlərinin fəaliyyətinin təhlili və optimallaşdırılması;
- Yeni informasiya sistemlərinin tətbiqi, sınaqdan keçirilməsi, inteqrasiyası və istismara verilməsi proseslərində iştirak edilməsi;
- İT infrastrukturuna aid texniki sənədlərin, istismar prosedurlarının, istifadəçi təlimatlarının və sistem sənədlərinin hazırlanması və mütəmadi yenilənməsi;
Tələblər
- Verilənlər bazalarının təhlili üzrə dərin bilik;
- Verilənlər bazalarının modelləşdirilməsi, optimallaşdırılması və məhsuldarlığının artırılması prinsipləri;
- İnformasiya sistemlərinin arxitekturası və qarşılıqlı inteqrasiya prinsipləri;
- Java proqramlaşdırma dili, HTML və CSS üzrə baza bilikləri;
- Microsoft Office proqram paketindən, xüsusilə Excel proqramının analitik funksiyalarından peşəkar istifadə bacarığı;
- Server, verilənlər bazası və informasiya sistemlərinin istismarı, monitorinqi və texniki dəstəyi sahəsində iş təcrübəsi;
- Böyük həcmli məlumatların emalı, strukturlaşdırılması, optimallaşdırılması və təhlili üzrə praktiki bilik və bacarıqlar;
- İnformasiya sistemlərinin tətbiqi, modernləşdirilməsi və texniki layihələrin icrasında iştirak təcrübəsi;
- Texniki sənədlərin, sistem arxitekturasına dair sənədlərin və istismar sənədlərinin hazırlanması bacarığı;
- Analitik və sistemli düşünmə qabiliyyəti;
- Mürəkkəb texniki problemləri təhlil etmək və optimal həll variantları hazırlamaq bacarığı;
- Dəyişən texnoloji mühitə operativ uyğunlaşmaq və yeni texnologiyaları mənimsəmək bacarığı;
- Yüksək məsuliyyətlilik, nəticəyönümlülük və təşəbbüskarlıq;
- Komandada əməkdaşlıq və funksiyalararası koordinasiya bacarığı;
- Effektiv yazılı və şifahi kommunikasiya bacarığı;
- Texniki sənədlərin yüksək keyfiyyətlə hazırlanması və təqdim edilməsi bacarığı;
- Vaxtın səmərəli idarə olunması və prioritetlərin düzgün müəyyənləşdirilməsi;
- Detallara diqqət, sistemli yanaşma və keyfiyyət standartlarına riayət etmək bacarığı.
A 

AzInTelecom MMC
İnformasiya və kommunikasiya
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri,…