Unibank ASC İnformasiya sistemlərinin mühafizəsi Şöbəsinin müdiri
Kateqoriya İnformasiya texnologiyaları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Bankın informasiya və İT sistemlərinin texniki mühafizəsini təşkil edib idarə etmək;
- IDS/IPS, antivirus, şifrələmə və digər təhlükəsizlik vasitələrinin tətbiqinə ümumi nəzarəti həyata keçirmək;
- Təhlükəsizlik monitorinqini təşkil etmək, kritik hadisə və anomaliyalar üzrə araşdırmalara rəhbərlik etmək;
- Təhdidlərə cavab tədbirlərini koordinasiya etmək;
- İnformasiya sistemlərinin təhlükəsizliyinin qanunvericiliyin tələblərinə, tənzimləyici normalara və Bankdaxili qayda, siyasət və standartlara uyğunluğunu təmin etmək;
- Şöbənin prosedur, qayda və metodoloji sənədlərinin hazırlanmasını təmin etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və icra intizamına nəzarət etmək.
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları, kiber təhlükəsizlik və ya əlaqəli sahə üzrə);
- Sahə üzrə ən azı 7 il iş təcrübəsi;
- ISO 27001, NIST, COBIT standartları üzrə biliklər;
- Şəbəkə təhlükəsizliyi, server inzibatçılığı, təhdid analizi və insidentlərin idarə edilməsi üzrə təcrübə;
- Yüksək təzyiq və qeyri-müəyyən mühitdə operativ qərarvermə və komandanı effektiv idarəetmə bacarığı;
- Yaxşı səviyyədə ingilis və ya rus dili biliyi;
- Krizis vəziyyətlərinin idarə olunması və risklərin düzgün qiymətləndirilməsi bacarığı;
- Analitik düşüncə və nəticəyönümlü yanaşma.
U 

Unibank ASC
Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın…