AAkhundoff Group

İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə
1 ildən az
Aylıq maaş
₼600 – 800
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Öhdəliklər

· İnformasiya təhlükəsizliyi siyasətləri, prosedurları və standartlarının hazırlanması, tətbiqi və təkmilləşdirilməsi prosesində iştirak etmək;

· Təhlükəsizlik insidentlərinin araşdırılması, təhlili və aradan qaldırılması prosesində iştirak etmək;

· Zəiflik qiymətləndirmələrinin (Vulnerability Assessment) aparılması, aşkar edilmiş zəifliklərin risk səviyyələrinin müəyyənləşdirilməsi və onların aradan qaldırılması üzrə tədbirlərin koordinasiyasını həyata keçirmək;

· Risk qiymətləndirmələrinin aparılmasında iştirak etmək və risklərin azaldılması üzrə təkliflər vermək;

· Firewall, antivirus, SIEM və digər informasiya təhlükəsizliyi həllərinin idarə olunması və monitorinqini həyata keçirmək;

· İstifadəçi hesablarının və giriş hüquqlarının təhlükəsizlik tələblərinə uyğun idarə olunmasına nəzarət etmək;

· Təhlükəsizlik auditləri və uyğunluq yoxlamalarında iştirak etmək;

· İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsində iştirak etmək.

 

Tələblər

· İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;

· ISO/IEC 27001 standartı və İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi (ISMS) üzrə biliklər;

· Analitik düşünmə, problem həll etmə və hesabat hazırlama bacarıqları;

· Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, ingilis dilində isə texniki sənədlərlə işləmək bacarığı.

A
Akhundoff Group

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et