PPM
PASHA Property Management

İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis

Bakı 3 saat əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
İnformasiya texnologiyaları

Vəzifə haqqında

Təsvir

PAŞA Property Management “İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.


  • Şəbəkə, server, endpoint, bulud (cloud) və tətbiq səviyyələrində təhlükəsizlik həllərinin qurulması, idarə olunması və təkmilləşdirilməsi
  • Firewall, VPN, SIEM, EDR/XDR və digər təhlükəsizlik sistemlərinin idarə olunması və monitorinqi
  • Sistemlərdə zəifliklərin aşkarlanması, risklərin qiymətləndirilməsi və aradan qaldırılması proseslərinin koordinasiyası
  • Təhlükəsizlik insidentlərinin araşdırılması, kök səbəb analizinin aparılması və preventiv tədbirlərin hazırlanması
  • Rəqəmsal forensika araşdırmalarında iştirak etmək və hesabatlar hazırlamaq
  • ISO 27001 və digər informasiya təhlükəsizliyi standartlarının tətbiqi və saxlanılmasına dəstək vermək
  • İnformasiya təhlükəsizliyi siyasətləri, prosedurları və standartlarının hazırlanması və yenilənməsində iştirak etmək
  • Daxili və xarici auditlər zamanı tələb olunan sənədlərin və texniki sübutların təqdim edilməsini təmin etmək
  • İşçilər üçün informasiya təhlükəsizliyi üzrə maarifləndirmə və təlim proqramlarının keçirilməsi
  • İT layihələrində, yeni sistemlərin tətbiqində və təchizatçıların qiymətləndirilməsində təhlükəsizlik üzrə məsləhətçi kimi çıxış etmək
  • Təhlükəsizlik əməliyyatlarının avtomatlaşdırılması və proseslərin optimallaşdırılması üçün həllər hazırlamaq
  • Məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunmasını təmin etmək
  • Şirkətin HSE (Əməyin Mühafizəsi, Təhlükəsizlik və Ətraf Mühit) qaydalarına və daxili prosedurlarına riayət etmək

 

Tələblər

  • İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri, Kompüter Mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
  • İnformasiya təhlükəsizliyi sahəsində minimum 3-5 il iş təcrübəsi
  • SIEM platformaları (Splunk, Microsoft Sentinel, QRadar və s.) ilə iş təcrübəsi
  • Firewall, IDS/IPS, VPN, WAF və digər şəbəkə təhlükəsizliyi texnologiyaları üzrə biliklər
  • Vulnerability Assessment və Patch Management prosesləri üzrə təcrübə
  • Python, PowerShell və ya Bash proqramlaşdırma dillərindən ən azı biri üzrə bilik
  • ISO 27001, NIST, MITRE ATT&CK və OWASP prinsipləri üzrə anlayış
  • Cloud təhlükəsizliyi (Azure, AWS və ya GCP) üzrə biliklər üstünlükdür
  • Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarıqları
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək, rus dili üstünlükdür

 


Oxşar vakansiyalar