PB
PASHA Bank
Rəqəmsal Dələduzluğun İdarəedilməsi şöbəsinin Rəhbəri
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- İnformasiya texnologiyaları
Vəzifə haqqında
Təsvir
- Tənzimləyici tələblər, sənaye trendləri,bankın risk iştahasına əsasən frod şöbəsinin hədəf, qayda, əsas fəaliyyət göstəricilərini müəyyən etmək.
- Şöbənin froda qarşı siyasətinin hansı formada həyata keçirilməsi üzrə yüksək səviyyəli plan nəzərdə tutan rəqəmsal kanallar daxilində frodun qarşısının alınması, müəyyən edilməsi və araşdırılması strategiyasının layihələşdirilməsində və hazırlanmasında iştirak etmək.
- Daxili siyasət və proseduralar hazırlamaq və nəzərdən keçirmək
- Frod risk qiymətləndirmələrini aparmaq
- Rəqəmsal frod risk məlumat bazasının idarə edilməsi
- Rəqəmsal kanallarda frodun idarəedilməsi sistemləri və nəzarətlərini yaratmaq və optimizasiya etmək
- Məhsulun təhlükəsizliyini təmin etmək-frod əleyhinə ölçü və nəzarətlər hazırlamaq və zəiflikləri müəyyən etmək üçün yeni məhsullar, kampaniyalar və xidmətin analizini aparmaq
- Məlumat xarakterli fəaliyyətlər aparmaq
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
Tələblər
- Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: Bankçılıq və ya digər əlaqəli sahə üzrə minimum 3, Frod idarə edilməsi sahəsində 5 il iş təcrübəsi
- Xarici dillər: İngilis (əla)
- Kompüter bilikləri: Verilənlərin analizi alətləri, əla Excel biliyi, əlaqələrin analiz alətləri, əsas bankçılıq sistemləri, kart tətbiqləri, kibertəhlükəsizlik sistemləri üzrə bilik, frodun idarə olunması sistemləri əla biliklər
- Məhsul üzrə biliklər: Kart məhsulları, digər bank məhsulları,qlobal ödəniş təchizat məhsulları, xidmətləri qaydaları