İDT İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsiİçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi

İnformasiya texnologiyaları və rəqəmsallaşdırma şöbəsi, İT dəstək və xidmətlər sektoru, baş məsləhətçi

17 saat əvvəl yerləşdirilib Mənbə
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
14 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş şəraiti

  • Qurum: İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi

Vəzifə öhdəlikləri:

  • Server və şəbəkə infrastrukturunun fasiləsiz fəaliyyətini təmin etmək;Windows Server mühitini, Active Directory, DNS, DHCP və Group Policy xidmətlərini idarə etmək;
  • İstifadəçi hesablarını, giriş səlahiyyətlərini və domen siyasətlərini idarə etmək;
  • Fiziki və virtual serverlərin gündəlik inzibatçılığını həyata keçirmək;
  • Switch, router, firewall və simsiz şəbəkə avadanlıqlarını quraşdırmaq, sazlamaq və idarə etmək;
  • LAN, WAN, VLAN və VPN şəbəkələrinin qurulmasını, monitorinqini və optimallaşdırılmasını təmin etmək;
  • Server, şəbəkə və digər kritik İT sistemlərinin monitorinqini həyata keçirmək;
  • Ehtiyat nüsxələmə (Backup) və məlumatların bərpası (Restore) proseslərini təşkil etmək və icra etmək
  • Server və işçi kompüterlərdə təhlükəsizlik yeniləmələrinin (Security Patch) vaxtında tətbiqini təmin etmək;
  • Antivirus və Endpoint Protection həllərinin idarə olunmasını həyata keçirmək;
  • İstifadəçi giriş hüquqlarını və sistem resurslarına çıxış səlahiyyətlərini idarə etmək;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aradan qaldırılmasında texniki səviyyədə iştirak etmək;
  • Yeni İT avadanlıqlarının və infrastruktur həllərinin tətbiqi, test edilməsi və istismara verilməsində iştirak etmək;
  • İT infrastrukturuna aid texniki sənədlərin, şəbəkə sxemlərinin və konfiqurasiya məlumatlarının aktuallığını təmin etmək.

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il təcrübə;
  • Windows Server əməliyyat sistemləri ilə iş bacarığı;
  • Active Directory, DNS, DHCP və Group Policy;
  • Microsoft Windows əməliyyat sistemləri ilə iş bacarığı;
  • VMware, Hyper-V və ya digər virtualizasiya platformalarında iş bacarığı;
  • TCP/IP, LAN, WAN, VLAN və VPN texnologiyaları üzrə bilik və bacarıqlar;
  • Fortinet, MikroTik və ya analoji şəbəkə avadanlıqları ilə iş bacarığı;
  • Firewall avadanlıqları və şəbəkə təhlükəsizliyinin əsas prinsipləri üzrə bilikləro;
  • Backup və Restore həlləri üzrə biliklər;
  • Antivirus və Endpoint Protection sistemləri ilə iş bacarığı;
  • Videomüşahidə (CCTV) sistemləri ilə iş bacarığı;
  • Strukturlaşdırılmış kabel sistemləri ilə iş bacarığı;
  • IP telefonlar və digər periferiya avadanlıqları ilə iş bacarığı;
  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı.

Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İnformasiya texnologiyaları-baş məsləhətçi” qeyd olunması xahiş olunur.

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
İDT İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi
İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et