İngilis Dili Müəllimi (Rusdilli)
İş rejimi Tam ştat Təcrübə 1 ildən az Kateqoriya Təhsil
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş barədə məlumat:
British Centre komandasına peşəkar və məsuliyyətli İngilis dili müəllimi dəvət edir. Rus dilində sərbəst danışan və tələbələrlə effektiv işləyə bilən müəllim axtarırıq.- General English proqramı üzrə dərslərin yüksək keyfiyyətlə tədris edilməsi;
- Dərs planlarının hazırlanması və proqram üzrə tədrisin aparılması;
- Tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi və inkişafının izlənilməsi;
- Dərslərin interaktiv və motivasiyaedici formada keçirilməsi;
- Ev tapşırıqlarının verilməsi və yoxlanılması;
- Tələbələrin davamiyyəti və nəticələri barədə mütəmadi hesabatların hazırlanması;
- Tədris materiallarının hazırlanması və mövcud resurslardan səmərəli istifadə edilməsi;
- Kursun daxili tədris standartlarına və metodikasına riayət edilməsi.
İş yeri
British Centre
Globus Center, 12-ci mərtəbə
Cəfər Cabbarlı küçəsi 609
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.
E-mailin Subject (Mövzu) hissəsində mütləq "İngilis Dili Müəllimi (Rusdilli)" qeyd olunmalıdır.
Tələblər:
Təhsil : Aliİş təcrübəsi : 1 ildən aşağı
Yaş : -
- İngilis dili üzrə yüksək səviyyədə bilik (minimum C1, üstünlük C2 səviyyəsinə);
- Rus dilində sərbəst danışıq bacarığı (vacibdir);
- Azərbaycan dilini bilmək üstünlükdür;
- İngilis dili müəllimi kimi minimum 1 il iş təcrübəsi;
- IELTS, TOEFL, CELTA, TESOL, TEFL və ya digər beynəlxalq sertifikatların olması üstünlükdür;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Məsuliyyətli, punktual və komanda ilə işləmək bacarığı;
- Müasir tədris metodlarından və rəqəmsal platformalardan istifadə bacarığı;
- Offline və ya online dərs keçmək bacarığı.
British Centre
Təhsil
Bir çox dil məktəbləri bütün tələbələrə eyni sistemi tətbiq edir. Lakin hər kəs eyni deyil! Hər şəxsin dil öyrənməsi ilə əlaqədar məqsədləri, imkanları və ehtiyacları fərqlilik göstərir. Bu səbəblə…