- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
İş yeri: Tikinti şirkəti
İş rejimi: 6 günlük
Əmək haqqı: 2500 azn + Əlavə
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Çoxmərtəbəli binaların tikinti prosesinə sahədə gündəlik texniki nəzarətin həyata keçirilməsi;
- Monolit dəmir-beton konstruksiyaların (armatur, beton, qəlib) icrasının layihə və texniki tələblərə uyğunluğunun təmin edilməsi;
- İşçi cizgilərin və layihə sənədlərinin sahədə düzgün icrasına nəzarət;
- Podratçı və işçi briqadalarının işinin koordinasiyası;
- Görülən iş həcmlərinin ölçülməsi, yoxlanılması və icra sənədlərinin (aktların) hazırlanması;
- Tikinti qrafikinin icrasına nəzarət və proseslərin vaxtında yerinə yetirilməsinin təmin edilməsi;
- Sahədə texniki problemlərin operativ həlli və rəhbərliyə məlumat verilməsi;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
NAMİZƏDƏ TƏLƏBLƏR:
- Yaş həddi: 35 +
- Kişi namizədlər
İnşaat mühəndisliyi üzrə ali təhsil;
Çoxmərtəbəli yaşayış binalarının tikintisində minimum 5 il təcrübə;
Dəmir-beton işləri üzrə dərin praktiki biliklər;
Layihə və işçi cizgilərin sərbəst oxunması və sahədə tətbiqi bacarığı;
Tikinti norma və standartları (AZS, SNİP və s.) üzrə biliklər;
AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
Sahədə operativ qərarvermə, məsuliyyət və komanda ilə işləmək bacarığı.
Yalnız tələblərə uyğun namizədlərə dönüş ediləcəkdir. Uyğun namizədlər öz CV məlumatlarını başlıq hissəyə vakansiya adını qeyd etməklə [email protected] ünvanına göndərə bilər.
Daha çox Müxtəlif vakansiyaları üçün www.isbu.az saytına keçid edin.