Baku Steel Company CJSC İnsan resursları əməliyyatları üzrə mütəxəssis
1 gün əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya İnsan resursları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi;
- Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşməni aparılması;
- İşçilərin davamiyyətinin dəqiq və vaxtında aparılması, nəzarətdə saxlanılması;
- İş vaxtının uçotu cədvəllərinin (tabel) hazırlanması və düzgünlüyünün yoxlanılması;
- Ezamiyyət, məzuniyyət əməliyyatlarını əmək qanunvericiliyinə uyğun şəkildə icrası;
- Xəstəlik vərəqələrinin düzgünlüyünün yoxlanılması, qeydiyyatının aparılması və sənədləşdirilməsi;
- İşçilərlə bağlı əmrlər, müqavilələr, razılaşmalar və digər sənədlərin hazırlanması, təsdiq prosesinin izlənməsi;
- İntizam xətaları ilə bağlı daxil olan müraciətlərin araşdırılması və müvafiq qaydada sənədləşdirilməsi;
- İşçilərə dair məlumatların dəqiq və aktual vəziyyətdə saxlanılması;
- Tələb olunan arayışların və daxili hesabatların vaxtında və düzgün hazırlanması;
Tələblər
- Ali təhsil (İnsan Resursları, İqtisadiyyat, İdarəetmə və ya əlaqəli sahələr);
- Sahə üzrə 2 il iş təcrübəsi;
- MS Office proqramları (xüsusilə Word, Excel və Outlook) ilə yaxşı səviyyədə işləmək bacarığı;
- 1C 8.3, ƏMAS, İSB sistemləri ilə iş təcrübəsi;
- Yaxşı səviyyədə ünsiyyət qurmaq, problemləri həll etmək və komanda ilə işləmək bacarığı;
- İşdə dəqiqlik, məsuliyyətlilik və detallara diqqət;
- Eyni anda bir neçə tapşırığı idarəetmə və vaxtında icraetmə bacarığı;
- Rəhbərlik və digər şöbələrlə səmərəli əməkdaşlıq qurmaq bacarığı.
Vakansiya həm Bakı, həm də Sumqayıt üzrə aktivdir.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
BSC 

Baku Steel Company CJSC
Emal sənayesi
Biz Azərbaycanın ulu öndəri Heydər Əliyev tərəfindən yaradılmış, ölkə iqtisadiyyatında öz sözünü demiş və Qafqazın ən böyük metallurgiya şirkəti olan Baku Steel Company-yik. Texnoloji yenilikləri,…