AS Araz Supermarket MMCAraz Supermarket MMC

İnsan Resursları üzrə biznes analitik

2 saat əvvəl yerləşdirilib Mənbə
İnformasiya texnologiyaları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
23 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri :

  • İnsan Resursları sahəsində operativ və strateji qərarların qəbulu üçün analitik hesabatlar (KPI, dövriyyə, məhsuldarlıq, devamsızlıq və s.) hazırlamaq;

  • İR proseslərinin (seçim, performans qiymətləndirmə, təlim, əmək haqqı, motivasiya) səmərəliliyini ölçmək və təhlil etmək;

  • Biznes bölmələrinin ehtiyaclarına uyğun olaraq kadr planlaması və proqnozlaşdırma modelləri yaratmaq;

  • Daxili sorğular, işçi məmnuniyyəti və bağlılıq tədqiqatları keçirmək, nəticələri təhlil edərək təkmilləşdirmə təklifləri hazırlamaq;

  • Məlumat əsaslı HR həlləri təklif etmək və dashboard-lar hazırlamaq;

  • Biznes tərəfdaşları (HRBP-lər) və departament rəhbərləri ilə sıx əməkdaşlıq edərək onların analitik tələblərini qarşılamaq;

  • Bazar tendensiyalarını və rəqiblərin İR təcrübələrini təhlil etmək;

  • İR hesabatlılığını avtomatlaşdırmaq və mövcud sistemlərin təkmilləşdirilməsi üçün təkliflər vermək;

  • Büdcə planlaması və əmək xərclərinin təhlilində iştirak etmək.

Tələblər :

  • Ali təhsil (müvafiq sahədə):

  • Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Statistika və ya əlaqəli sahə üzrə);

  • Analitik sahədə magistr dərəcəsi və ya HR analitikası üzrə sertifikat arzuolunandır.

  • HR analitikası, biznes analitikası və ya oxşar sahədə minimum 1 il təcrübə;

  • Pərakəndə satış (retail) sektorunda təcrübə üstünlükdür;

  • Böyük həcmli məlumatlarla işləmək və hesabat hazırlamaq təcrübəsi.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İnsan Resursları üzrə biznes analitik” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

AS Araz Supermarket MMC
Araz Supermarket MMC

Oxşar vakansiyalar

Hamısına bax