A Abu-life GroupAbu-life Group

İnsan Resursları üzrə Direktor

12 saat əvvəl yerləşdirilib Mənbə
İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
15 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Komandamıza peşəkar, strateji düşüncə tərzinə malik və nəticəyönümlü İnsan Resursları üzrə Direktor axtarırıq.

Vəzifə öhdəlikləri

  • Şirkətin HR strategiyasının hazırlanması və həyata keçirilməsi.
  • İşə qəbul, adaptasiya və kadr planlaşdırılması proseslərinin idarə edilməsi.
  • Performansın qiymətləndirilməsi, təlim və inkişaf proqramlarının təşkili.
  • Əməkdaşların motivasiyası və korporativ mədəniyyətin inkişaf etdirilməsi.
  • HR göstəricilərinin təhlili, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinə və HR proseslərinə nəzarət.

Tələblər

  • İnsan Resursları sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi.
  • Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Edilməsi, Menecment və ya əlaqəli sahələr üzrə üstünlükdür).
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyini yaxşı bilmək.
  • İşə qəbul, performans idarəetməsi, təlim və inkişaf sahələrində praktiki təcrübə.
  • Liderlik, ünsiyyət, təşkilatçılıq və analitik düşünmə bacarıqları.
  • Azərbaycan dilini sərbəst, rus və ingilis dillərini bilmək üstünlükdür.

İş şəraiti

  • İş yeri: Arena Plaza
  • İş saatı: 6 günlük
  • Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir).
  • Dinamik və peşəkar iş mühiti.

Uyğun namizədlərdən CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiya adını qeyd edərək göndərmələri xahiş edilir

A Abu-life Group
Abu-life Group

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et