AİV Aqrar İnnovasiya və Təchizat ŞirkətiAqrar İnnovasiya və Təchizat Şirkəti

İnsan Resursları üzrə Mütəxəssis

3 saat əvvəl yerləşdirilib Mənbə
İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
26 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Namizədə olan tələblər:

  • Ali təhsil;

  • İnsan Resursları və ya Payroll sahəsində iş təcrübəsi;

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər;

  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;

  • 1C, Bitrix, ƏMAS, E-sosial və digər dövlət portalları ilə işləmək bacarığı üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • İşə qəbul, işdən çıxma və əmək münasibətləri üzrə sənədləşmə proseslərini həyata keçirmək;

  • Əmək müqavilələrinin, əmrlərin və digər İR sənədlərinin hazırlanmasını təmin etmək;

  • ƏMAS, E-sosial və digər dövlət portallarında İR əməliyyatlarını icra etmək;

  • Yeni əməkdaşların qeydiyyatını, sistem hesablarının və giriş icazələrinin yaradılmasını təmin etmək;

  • Payroll prosesində iştirak etmək, əməkhaqqı hesablamaları üçün zəruri məlumatların hazırlanmasını, yoxlanılmasını və aidiyyəti şöbəyə təqdim edilməsini təmin etmək;

  • Məzuniyyət, ezamiyyət, son haqq-hesab, icazə və digər ödənişlərlə bağlı məlumatların düzgün hazırlanmasını təmin etmək;

  • İR və Payroll üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;

  • İR üzrə daxil olan sorğuları cavablandırmaq və aidiyyəti şöbələrlə koordinasiyanı təmin etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: müsahibə əsasında;

  • İş qrafiki: Həftə içi 5 gün;

  • İş saatları: 08:30-17:30;

  • Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

AİV Aqrar İnnovasiya və Təchizat Şirkəti
Aqrar İnnovasiya və Təchizat Şirkəti
Emal sənayesi

Əsas fəaliyyət istiqaməti olaraq, Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır.…

Oxşar vakansiyalar

Hamısına bax