IE
IMA Energy
İnsan Resursları üzrə Mütəxəssis – Ağdam Baş Qərvənd
1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- İnsan resursları
Vəzifə haqqında
Layihə: Ağdam Baş Qərvənd yaşayış məntəqəsinin yenidən qurulması və infrastruktur layihəsi
İş şəraiti
- İş yeri: Ağdam rayonu, Baş Qərvənd
- İş qrafiki: 6 günlük iş rejimi
- Yaşayış: Kamp şəraiti ilə təmin olunur
- Qidalanma: Gündə 3 dəfə şirkət tərəfindən təmin edilir
Vəzifə öhdəlikləri
- İşə qəbul, işdən azad etmə və vəzifə dəyişikliklərinin əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilməsi;
- ƏMAS platforması üzərindən əmək müqavilələrinin bağlanması, dəyişiklik və xitam proseslərinin həyata keçirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və kadr sənədlərinin düzgün aparılması;
- İşçilərin davamiyyətinə nəzarət edilməsi, tabel məlumatlarının hazırlanması və yoxlanılması;
- Növbə qrafiklərinin hazırlanması və iş vaxtının uçotunun aparılması;
- Məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər kadr əmrlərinin hazırlanması;
- Vakansiyaların yerləşdirilməsi, CV-lərin dəyərləndirilməsi və müsahibələrin təşkili;
- Yeni işçilərin adaptasiya prosesinin təşkil edilməsi;
- Əmək haqqı hesablamaları üçün zəruri məlumatların hazırlanması və təqdim edilməsi;
- HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Əmək qanunvericiliyinin və şirkətdaxili prosedurların tətbiqinə nəzarət edilməsi.
Namizədə tələblər
- Ali təhsil;
- İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək;
- ƏMAS sistemi ilə işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
- Tabel və iş vaxtının uçotunun aparılması üzrə təcrübə;
- Analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarığı;
- Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.