AAI
AIMC (Azerbaijan International Mining Company)
İnsan Resursları üzrə Mütəxəssis (Ağdərə)
20 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
Əsas vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi iş qovluqlarının yaradılması, sənədlərin sistemləşdirilməsi və müvafiq qeydiyyat prosesinin aparılması;
- ƏMAS sistemi üzərindən əmək müqavilələrinin rəsmiləşdirilməsi, dəyişikliklərin işlənməsi və xitam prosedurlarının həyata keçirilməsi;
- 1C proqramı üzərindən kadr əməliyyatlarının və əmrlərinin düzgün şəkildə qeydiyyata alınması və idarə edilməsi;
- İş vaxtının uçotu üzrə aylıq davamiyyət cədvəllərinin hazırlanması və təsdiqə təqdim edilməsi;
- Məzuniyyət qrafikinin hazırlanması, əmək məzuniyyətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsi;
- Əmək qanunvericiliyinə uyğun olaraq kadr əmrlərinin hazırlanması və icrasının təmin edilməsi;
- Əməkhaqqı kartları üzrə sifarişlərin təşkili və aidiyyəti məlumatların mühasibatlıq şöbəsinə təqdim edilməsi;
- Dövlət qurumlarından daxil olan müraciət və sorğuların araşdırılması, müvafiq cavabların hazırlanması;
- Vəzifə təlimatlarının hazırlanması, yenilənməsi və aidiyyəti şöbələrlə koordinasiyasının təmin edilməsi;
- İnsan resursları üzrə dövri hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Müəssisədaxili sənədlərin, prosedurların və qaydaların qüvvədə olan əmək qanunvericiliyinə uyğun hazırlanması və yenilənməsi;
- Namizədlərin ilkin qiymətləndirilməsi, müsahibələrin təşkili və işə qəbul proseslərinin koordinasiya edilməsi;
- Şirkətə məxsus maliyyə, kommersiya və digər daxili məlumatların məxfiliyinin qorunması.
Tələblər:
- İnsan Resurslarının İdarə Edilməsi, Hüquq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
- Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər;
- ƏMAS sistemi ilə işləmək bacarığı;
- 1C proqramı üzrə praktiki iş təcrübəsi;
- Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında işləmək bacarığı;
- Namizədilərin Bərdə, Ağdam, Tərtər və Ağdərə və yaxın bölgələrdən olması arzuolunandır;
- Məcburi köçkünlərə üstünlük veriləcəkdir;
- İngilis dili biliyi orta səviyyə.
Biz nə təklif edirik?
- Rəqabətli əməkhaqqı;
- Ağdərə ərazisində çalışan əməkdaşlar üçün yaşayış yerinin təmin edilməsi;
- Yemək xərclərinin qarşılanması;
- Tibbi sığorta;
- Korporativ iş mühiti və karyera inkişaf perspektivləri.
Qeyd olunan tələblərə uyğun olan namizədlərin CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.