Intern / Junior Account Manager
1 gün əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Müştəri xidməti
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş şəraiti
- İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
- Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
- Məşğulluq növü: Tam ştat
Vəzifə Öhdəlikləri:
- Müştərilərlə gündəlik kommunikasiya prosesinə dəstək göstərmək və sorğuların operativ cavablandırılmasına kömək etmək;
- Mövcud müştəri hesablarının idarə olunmasında Account Manager-ə dəstək vermək;
- CRM sistemində məlumatların düzgün və vaxtında yenilənməsinə nəzarət etmək;
- Müştəri layihələrinin gedişatını izləmək, daxili komandalar arasında koordinasiyanı təmin etmək;
- Hesabatların, təqdimatların, müqavilə və digər sənədlərin hazırlanmasına yardım etmək;
- Müştəri ehtiyaclarını araşdırmaq və əlavə xidmətlər üzrə potensial imkanları müəyyənləşdirməyə dəstək olmaq;
- Layihə məlumatlarının (qiymət cədvəlləri, təqdimatlar və s.) yenilənməsi və sistemlərə yerləşdirilməsi;
- Komanda daxilində düzgün informasiya axınını və operativ koordinasiyanı təmin etmək;
- Müştəri məmnuniyyətinin artırılması üçün proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək.
Tələblər:
- Biznes, Marketinq, Menecment və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Güclü kommunikasiya, yazışma və təşkilati bacarıqlar;
- Təfərrüatlara diqqət və çoxsaylı tapşırıqları idarəetmə qabiliyyəti;
- MS Office və ya Google Workspace proqramlarında sərbəst işləmə bacarığı;
- Komandada işləmə, öyrənməyə açıq və təşəbbüskar olmaq;
- Rus dili mütləqdir, ingilis dili arzuolunandır
CV-lərinizi vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
TA 
Trenders Agency MMC
Peşəkar, elmi və texniki fəaliyyətlər