YA
Yalama Agropark MMC
İnzibati işlər üzrə mütəxəssis (Xaçmaz rayonu)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.prof
- Kateqoriya
- İnsan resursları
Vəzifə haqqında
Təsvir
- Müəssisəyə səfər edən qonaqların qarşılanması və yerləşdirilməsi, müəssisəyə olunan telefon zənglərinin aidiyyatı şöbəyə yönləndirilməsi, təşkilatın dövlət və digər qurumlarla rəsmi yazışmalarının və məktubların hazırlanması;
- Sənədlərin, müqavilələrin, məktubların göndərilməsinin və alınmasının təşkili;
- Daxil və xaric olan sənədlərin qeydiyyatının aparılması;
- Müəssisənin nəqliyyat vasitələri və kənd təsərrüfatı texnikalarının idarə olunması üçün aylıq yol vərəqələrinin hazırlanması və aiddiyyatı işçilərə verilməsinin təmin edilməsi;
- Müəssisənin nəqliyyat vasitələri və kənd təsərrüfatı texnikalarının dövlət qurumlarında (DAİM, DİN, DYP və İcbarı və kasko sığortalarında) rüblük və illik qeydiyyat işlərinin aparılması;
- İnzibati ehtiyaclar üçün tələb olunan malların alınması (kargüzarlıq, təsərrüfat ləvazimatları və s.);
- Sənədlərin arxivə verilməli olan formaya uyğunluğunun yoxlanması;
- Arxivə qəbul edilən sənədlərin qruplaşdırılması və sistemləşdirilmiş formada saxlanılmasında Arxiv işçisinə dəstək göstərilməsi;
- Müəssisəyə aid korporativ mobil nömrələrin aylıq xərclərini hesabat formasında müvafiq şöbələrə təqdim olunması, yaranmış texniki problemlərin həlli istiqamətində dəstək göstrərilməsi;
- İnzibati xərclər üzrə aylıq hesabatın hazırlanması.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, İdarəetmə və ya oxşar sahələr üzrə);
- Kənd təsərrüfatı və ya istehsal sahəsində iş təcrübəsi;
- Dövlət qurumları ilə iş təcrübəsi üstünlük sayılır;
- Ofis proqramları (MS Office) və sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı;
- Müqavilə və digər hüquqi sənədlərlə işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli və problemləri həll etmə qabiliyyəti;
- Məxfi məlumatlarla işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.