ChickenPro MMC (Səba) İnzibati və Marketinq koordinatoru
Vəzifə haqqında
ChickenPro MMC (Səba)-dan vakansiya: İnzibati və Marketinq koordinatoru tələb olunur
Vəzifə öhdəlikləri:
– Təyin olunmuş bölgədəki filiallara müntəzəm baxış keçirmək, planlı və audit yönümlü mağazaları ziyarət etmək;
– Əməliyyat standartlarına (təmizlik, məhsul keyfiyyəti, xidmət və əməkdaş davranışı) riayət olunmasını yoxlamaq;
– Mağaza səviyyəsində marketinq materiallarının (banner, broşür) yerləşdirilməsinə nəzarət etmək;
– Regional kompaniyaları (açılış, endirim aksiyaları) planlaşdırmaq və icra etmək;
– Yerli tərəfdaşlıq və sponsorluq imkanlarını araşdırmaq;
– Xidmət keyfiyyətini qiymətləndirmək və yerində problemləri həll etmək;
– İstifadə müddəti bitmiş və ya satış üçün yararsız məhsulların vaxtında dövriyyədən çıxarılmasına nəzarət etmək;
– İşçilərin daxili əmək intizamına və etik davranış qaydalarına riayət etməsini izləmək;
– Müştəri məmnuniyyətini qiymətləndirmək, aşkar olunan problemlərin operativ həllini təşkil etmək;
– Filial rəhbərləri və əməkdaşlarla koordinasiyalı işləyərək əməliyyat dəstəyi göstərmək;
– Mağazalara işçilərin işə qəbulu prosesinin təşkilində iştirak etmək;
– Aşkar olunan pozuntular barədə akt və hesabatlar hazırlamaq, aradan qaldırılması üçün tədbirlər planı tərtib etmək və icrasına nəzarət etmək;
– Həftəlik və aylıq fəaliyyət hesabatlarını rəhbərliyə təqdim etmək.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Satış sahəsində minimum 2-3 il iş təcrübəsi, xüsusən komanda idarəçiliyi və bölgə, satış müdiri vəzifələrində təcrübə üstünlükdür;
– MS Office proqramlarında işləmək bacarığı;
– Zərurət yarandıqda regionlara ezamiyyətlərdə iştirak etmək;
– Güclü ünsiyyət, təqdimat qabiliyyəti;
– Nəticəyönümlü, məsuliyyətli və komanda ilə effektiv əməkdaşlıq bacarığı;
– Sürücülük vəsiqəsi (B və ya BC kateqoriyası).
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– Avtomobil şirkət tərəfindən təmin olunur.
– Korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 1500 manat GROSS təşkil edir + Bonus
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnzibati və Marketinq koordinatoru” yazaraq [email protected] epoçt ünvanına ya da (055)500-79-12 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
