Unibank ASC iOS üzrə Aparıcı Mütəxəssis
İş rejimi Tam ştat Kateqoriya İnformasiya texnologiyaları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- UBank mobil bankçılıq tətbiqinin yeni funksionallıqlarının dizaynı, hazırlanması və dəstəklənməsi;
- Modullu (Modular) arxitekturanın qurulması və təkmilləşdirilməsi, kod keyfiyyətinin yüksək səviyyədə saxlanılması;
- Komanda daxilində code review proseslərinin aparılması;
- Junior developerlərə texniki dəstəyin göstərilməsi;
- Tətbiqin performans və stabillik göstəricilərinin (yüklənmə müddəti, crash faizi və s.) izlənilməsi və optimallaşdırılması;
- Məhsul, dizayn və backend komandaları ilə sıx əməkdaşlıq edərək texniki həllərin müzakirə olunması;
- Bankçılıq təhlükəsizlik standartlarına uyğun kod yazılmasının təmin edilməsi.
Üstünlüklərimiz:
- Peşəkar karyera və inkişaf imkanları;
- Komanda daxilində güclü bilik mübadiləsi;
- Rahat və müasir iş mühiti;
- Tibbi sığorta.
Tələblər
- iOS development sahəsində minimum 2 il iş təcrübəsi;
- Swift proqramlaşdırma dili üzrə dərin biliklər;
- UIKit və SwiftUI ilə praktiki iş təcrübəsi;
- Memarlıq nümunələrini (MVVM, Clean Architecture) bilmək və tətbiq edə bilmək;
- Multithreading və async/await mövzularında yüksək səviyyəli biliklər;
- REST API, JSON və network layer qurulması üzrə təcrübə;
- Git və komanda iş prosesləri (code review, branching strategy və s.) ilə işləmə təcrübəsi;
- CI/CD alətləri (GitLab CI, Fastlane və s.) ilə iş təcrübəsi üstünlükdür;
- Unit və UI testlərinin yazılması təcrübəsi;
- Avtomatlaşdırma alətləri (məsələn, Tuist) ilə tanışlıq üstünlükdür;
- Analitik düşüncə, problem həll etmə bacarığı və komandada işləmək qabiliyyəti;
- İngilis dilini texniki sənədləri oxuya biləcək səviyyədə bilmək.
U 

Unibank ASC
Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın…