PB PASHA BankPASHA Bank

İR Biznes Partnyorluq şöbəsinin Mütəxəssisi

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Vəzifə təlimatların hazırlanması və saxlanması;
  • İstedadların cəlb olunması üçün tələblərin qiymətləndirilməsi, kadr seçimi zamanı menecer ilə tərəfdaşlıq;
  • Əməkhaqqı təşəbbüslərinin layihələndirilməsi, icrası və idarə edilməsində iştirak;
  • Əməkdaşların inkişafı üçün tələblərin müəyyənləşdirilməsi və inkişaf ehtiyacları təhlilinin (DNA) düzgün aparılması üçün birbaşa rəhbərin istiqamətləndirilməsi;
  • Fəaliyyət qiymətləndirməsi prosesinin idarə edilməsi: hədəflərin təyini, yarım illik baxış, 360 qiymətləndirmə, illik qiymətləndirmə və mükafatlandırma;
  • Əmək münasibətləri məsələlərinin həll edilməsi;
  • Daxili müştərilərdən struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak etmək, təkliflər vermək və sənədləşmədə kömək etmək;
  • İR layihələrində aktiv iştirak etmək, cavabdehlik daşımaq;
  • Strateji işçi qüvvəsinin qiymətləndirilməsi/ seçimi/ irəli çəkilməsi məqsədilə daxili və xarici namizədlər üçün qiymətləndirmə mərkəzi və vasitəsindən istifadə etmək.

Tələblər

  • Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi);
  • Tələb olunan iş təcrübəsi: minimum 3 il (işə qəbul, təlim və ya digər İR sahələri);
  • Xarici dillər: İngilis (səlis);
  • Kompüter bilikləri: Microsoft Office;
  • Məhsul üzrə biliklər: Bütün İR transformasiya prosesləri (İşə qəbul, Fəaliyyətin qiymətləndirilməsi, Təlim və İnkişaf, Güzəşt və Mənfəət);
  • Bazar üzrə biliklər: Əmək məcəlləsi üzrə biliklərin olması arzuolunandır;
  • Başqa tələblər: Güclü ünsiyyət və nitq bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.


Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
PB PASHA Bank
PASHA Bank
Maliyyə və sığorta fəaliyyəti

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et