IE
IMA Energy

İş icraçısı

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Kateqoriya
Mühəndislik

Vəzifə haqqında

"İMA ENERGY" MMC, Ağdam–Qərvənd layihəsi çərçivəsində İş icraçısı vəzifəsi üzrə işçi qəbul edir.

Tələblər:

  • İxtisas üzrə ali və ya orta-ixtisas təhsili (tikinti sahəsi üzrə üstünlük təşkil edir)
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
  • İşçi heyətini idarə etmək və iş prosesini təşkil etmək qabiliyyəti
  • Əmək təhlükəsizliyi qaydaları üzrə bilik

Vəzifə öhdəlikləri:

  • Tikinti-quraşdırma işlərinin layihəyə və qrafikə uyğun icrasına nəzarət etmək
  • Sahədə işçi qüvvəsini və resursları planlaşdırmaq və bölüşdürmək
  • Material, avadanlıq və mexanizmlərdən səmərəli istifadəyə nəzarət etmək
  • Görülən işlərin keyfiyyətinə və müddətlərə əməl olunmasına cavabdehlik daşımaq
  • Briqadirlər və fəhlə heyəti ilə əlaqələndirmə işini aparmaq
  • Əmək təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasını təmin etmək
  • Görülən işlər üzrə hesabatların hazırlanmasında iştirak etmək
  • Layihə rəhbərliyinə cari vəziyyət barədə məlumat vermək

İş şərtləri:

  • İş rejimi: 6 günlük
  • Gündə 3 dəfə pulsuz qidalanma təmin olunur
  • Yaşayış: kamp ərazisində təmin olunur
  • Qarabağ və ətraf ərazilərdə yaşayanlara üstünlük veriləcək

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Bu vakansiya əvvəl də yerləşdirilib:

  • 15 iyun 2026 (bu elan) · jobsearch.az
  • 8 iyun 2026 · jobsearch.az

Oxşar vakansiyalar

: