ADY Azərbaycan Dəmir YollarıAzərbaycan Dəmir Yolları

İşarəvermə və rabitə üzrə böyük elektrik mexaniki (Yevlax)

Yevlax 3 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Qurğulara texniki xidmət göstərmək, plan-cədvəl üzrə elektrik mexaniklərinin və elektrik montyorlarının işini öz sahəsində təşkil etmək, onların işini müntəzəm sürətdə yoxlamaq, qurğulara düzğün və fasiləsiz xidmət göstərilməsini təmin etmək;
  • Müntəzəm sürətdə biliklərini artırmaq və iş üsullarını təkmilləşdirmək, qurğulara xidmət göstərilməsinin mütərəqqi üsullarını mənimsəmək və tədbiq etmək, öz təcrübə və biliklərini tabeliyində olanlara öyrətmək;
  • Qurğularının vəziyyətini, həmçinin elektrik mexanikləri və elektrik montyorları tərəfindən işlərin təlimatların tələblərinə uyğun yerinə yetirilmə və rəsmiləşdirilməsi qaydalarına riayət etmələrini yoxlamaq;
  • Qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında elektrik mexaniklərlə gündəlik təlimat aparmaq, onların qurğuların təmiri və texniki xidməti üzrə işləri düzgün yerinə yetirmələrinə dair biliklərini yoxlamaq;
  • Elektrik mexaniklərinə və elektrik montyorlarına nasazlıqların aradan qaldırılması və nasazlıqların səbəblərinin araşdırılması üsullarına dair praktiki təlimlər keçmək, həmçinin işarəvermə və rabitə sahəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş müvafiq plan üzrə qurğuların xidmət texnologiyaların və qüvvədə olan təlimatların öyrədilməsi üzrə işləri həyata keçirmək;
  • Qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi tələblərinin, əməyin mühafizəsi, yanğın təhlükəsizliyinə dair qayda və təlimatların, həmçinin, sanitar qayda və normaların tələblərinin yerinə yetirilməsinə nəzarət etmək və əməyin mühafizəsi üzrə xüsusi jurnalda qeydiyyatlar aparmaqla təlimatlar keçmək;
  • Plan-qrafikləri, operativ planları, qurğuların qış mövsümünə hazırlıq planlarını hazırlamaq və onların icrasını təmin etmək;
  • Öz sahəsinin qurğularının qış şəraitində işə hazırlığını vaxtlı-vaxtında yoxlamaq və təmin etmək;
  • Xidmət göstərdiyi sahənin hüdudlarında xüsusi briqadalar, yaxud təşkilatlar tərəfindən təmir, tikinti-quraşdırma işlərinin icrası zamanı işlərin müəyyən olunmuş qaydada yerinə yetirilməsinə nəzarət etmək.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsili;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Planlama, nəticə yönümlülük, problem həll etmə, başqalarını inkişaf etdirmə, diqqətlilik, məlumatların idarə edilməsi bacarıqları.
ADY Azərbaycan Dəmir Yolları
Azərbaycan Dəmir Yolları
Nəqliyyat və anbar təsərrüfatı

Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et