SOC Sinteks Group of CompaniesSinteks Group of Companies

İşə qəbul üzrə kiçik administrator

15 saat əvvəl yerləşdirilib Mənbə
Qonaqpərvərlik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
8 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Azərbaycan 

Vəzifənin təsviri

  • Bu başlanğıc səviyyəli vəzifə işə qəbul funksiyasına inzibati dəstək göstərir. Buraya vakansiyaların yerləşdirilməsi, namizədlərlə ünsiyyət, müsahibələrin planlaşdırılması və işə qəbul sənədlərinin idarə olunması daxildir. Vəzifənin əsas məqsədi işə qəbul prosesinin operativ, düzgün və sənədləşdirilmiş şəkildə icrasına dəstək göstərməkdir.

Vəzifə öhdəlikləri:

Vakansiya elanları və ilkin CV seçimi

  • İş elanlarının paylaşılmasında köməklik göstərmək
  • Müəyyənləşdirilmiş kriteriyalar əsasında ilkin CV seçimi prosesini həyata keçirmək
  • Namizədlərin məlumatlarının düzgün qeydiyyata alınmasına və yenilənməsinə dəstək göstərmək

Müsahibələrin planlaşdırılması və namizədlərlə ünsiyyət

  • Müsahibələri planlaşdırmaq və namizədlərə təsdiqlərin göndərilməsini təmin etmək
  • Sənədlərin və ya təsdiqlərin təqdim olunması üçün namizədlərlə əlaqə yaratmaq
  • Namizədlərlə yazışma və zənglərin nəzakətli, vaxtında və düzgün aparılmasına diqqət etmək
  • Müsahibə tarixləri, nəticələr və növbəti addımlar barədə aidiyyəti İR əməkdaşlarını məlumatlandırmaq

ERP və sənədləşmə dəstəyi

  • Namizədlərin statusunu ERP sistemində yeniləmək
  • İşə qəbul prosesi üzrə sənədlərin, təsdiqlərin və məlumatların toplanmasına həyata keçirmək
  • ERP sistemində məlumatların düzgün, tam və vaxtında daxil edilməsinə nəzarət etmək

Onboarding, təlim və işə qəbul tədbirləri

  • İşə qəbul tədbirlərində iştirak etmək (təcrübə proqramları, karyera sərgiləri və s.).
  • Yeni işə qəbul edilmiş əməkdaşlar üçün giriş (onboarding) və SƏTƏM təlimlərinin planlaşdırılması, təşkili, həyata keçirilməsi və ERP sistemi üzərində qeydiyyatına dəstək göstərmək
  • Yeni əməkdaşların ilkin məlumatlandırılması və aidiyyəti proseslərə yönləndirilməsi zamanı İR komandası ilə koordinasiya yaratmaq

Karyera səhifələri və sosial media dəstəyi

  • Sosial media üzərində karyera səhifələrinin idarə olunmasına dəstək göstərmək
  • Vakansiya elanlarının və karyera səhifələrində paylaşılan məlumatların aktuallığını izləmək

Məsuliyyət sahəsi:

  • İşə qəbul prosesinə inzibati dəstək
  • Vakansiya elanlarının paylaşılması və ilkin CV seçimi
  • Namizədlərlə ünsiyyət və müsahibə koordinasiyası
  • ERP sistemində namizəd statuslarının yenilənməsi
  • Onboarding və SƏTƏM təlimlərinin qeydiyyatına dəstək
  • Karyera səhifələrinin idarə olunmasına dəstək

Tələblər

Professional biliklər:

  • İşə qəbul prosesinə inzibati dəstək və namizəd kommunikasiyası üzrə baza bilikləri. Bu tələb CV-də vakansiya elanlarının paylaşılması, ilkin CV seçimi, müsahibələrin planlaşdırılması və/və ya namizədlərlə yazışma üzrə təcrübə göstərildikdə qarşılanmış hesab edilir.
  • İngilis dili biliyi: A2 (Pre-Intermediate) və daha yüksək səviyyə
  • ERP, ATS, HRIS və ya namizəd məlumat bazaları ilə iş təcrübəsi
  • MS Office proqramları və Süni intellect (AI) alətləri  istifadə bacarığı

Təhsil:

  • Ali təhsil (İqtisadiyyat, İnsan Resurslarının və ya Biznesin idarə olunması üzrə üstünlükdür)

İş təcrübəsi:

  • İşə qəbul sahəsində və ya işə qəbul funksiyasını əhatə edən İnsan Resursları vəzifəsində ən azı 6 ay iş təcrübəsi

Professional bacarıq və kompetensiyalar:

  • Namizədlərlə düzgün və nəzakətli yazılı və şifahi ünsiyyət bacarığı.
  • Diqqətlilik və sənədlərlə dəqiq işləmək bacarığı.
  • Zamanın idarə olunması.
  • Məsuliyyətlilik və konfidensial məlumatlarla düzgün işləmək bacarığı.
  • Komanda ilə əməkdaşlıq bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

SOC Sinteks Group of Companies
Sinteks Group of Companies
Topdansatış və pərakəndə ticarət

Sinteks Şirkətlər Qrupu Qafqaz və Mərkəzi Asiya regionunda moda üzrə aparıcı pərakəndə satış qruplarından biridir. Şirkət premium, orta-yuxarı və kütləvi bazar seqmentlərini əhatə edən 100-dən çox…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et