Azersun Holding İstehsalat növbə mühəndisi
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- İstehsal proseslərinin fasiləsiz və səmərəli şəkildə idarə olunmasını təmin edir. Növbə planlamasını həyata keçirir və işçi qüvvəsinin effektiv şəkildə paylanmasını təşkil edir.
- Avadanlıqlarının və maşınlarının düzgün işləməsini izləyir, texniki xidmətin göstərilməsini təmin edir.
- İstehsalın keyfiyyət standartlarına uyğunluğunu təmin etmək üçün mütəmadi nəzarət aparır.
- İstehsalat proseslərində yaranan problemləri müəyyən edir və operativ şəkildə həll edir.
- Növbə keçidlərində işçilərin düzgün istiqamətləndirilməsi və növbələr arası əlaqəni təmin edir.
- İstehsalat prosesləri ilə bağlı statistik məlumatları toplayır, təhlil edir və müvafiq hesabatlar hazırlayır.
- İstehsalın məhsuldarlığını artırmaq və prosesin optimallaşdırılması üçün təkliflər hazırlayır və tətbiq edir.
Xüsusi tələblər
- Ali təhsilli olmalı.
- Oxşar vəzifədə minimum 3 il iş təcrübəsi.
- Əmək təhlükəsizliyi və istehsalat qaydaları üzrə biliklər.
- Komanda ilə işləmək və işçiləri idarə etmək bacarığı.
Biz nə təklif edirik:
- İş yeri: Kürdəmir rayonu
- İş qrafiki: Növbəli.
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli.
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət.

Azersun Holding
Emal sənayesi
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir. Qida sektorunda…